Onlar Amerikanın ən pedofil siyasətçisini belə Elçibəydən üstün tutarlar...


Zaur Bayramlı

Soruşurlar ki, liboş nədir/kimdir.

Deyim nədir/kimdir:

Liberalizm özü özlüyündə normal, hətta yaxşı ideologiyadır.

Əgər mənim millətim problemsiz millət olsaydı, misal üçün tarixi torpaqlarımız qonşularımızın əksəriyyəti tərəfindən işğal edilməsəydi, şəxsən mən yəqin ki, millətçi yox, liberal olub, həyatımı yaşayardım.

Amma indiki durumda vicdanım mənə millətçi olmaqdan başqa yol buraxmır.

Azərbaycanda və ya Azərbaycanlılar arasında çox sayda vicdanlı, hətta milli düşüncəli liberallar da var. Mənim onlara sayqım var, onlarla işim yoxdur və "liboş" deyəndə onları nəzərdə tutmuram.

Liboş - amerikalı və ya avropalı səhv də desə düz olaraq qəbul edəndir;

Liboş- öz ölkəsini qabağına çıxan hər yabançıya şikayət edəndir;

Liboş - qərbdəki milyonlarla haqsızlığı, ədalətsizliyi, qanunsuzluğu normal olaraq qəbul edib də, öz ölkəsindəki ən xırda qanunsuzluğu beynəlxalq səviyyəyə çıxararaq ifşa edəndir;

Liboş - qərbin fondlarından pullar alaraq öz ölkəsinə qarşı sifarişlər yerinə yetirəndir;

Liboş - Avropanın, Amerikanın ən şərəfsiz, pedofil siyasətçisini belə öz ölkəsinin ən şərəfli siyasətçisindən, misal üçün, Elçibəydən üstün tutandır;

Liboş - Avropanın, Amerikanın "bomj"u belə dalından qaz buraxanda tez qaçaraq burnunu onun dalına soxub da "oxxxaayyy, demokratiya ətri" deyəndir... və sairə.

İndi anladınızmı liboş kimdir?

Hansı ideologiyaya xidmət edirsinizsə edin, çalışın öz millətinizi uca tutun!

O zaman daha dəyərli olacaqsınız.

İnanın ki, siz öz ölkənizi, millətinizi hansısa qərblinin yanında pisləyəndə o, sizin üzünüzə gülsə belə, içində sizə CINDIR kimi baxır.

P. S. Deyə bilənlər olar ki, bəs sən özün niyə Amerikada yaşayırsan.

Mən harda yaşamağımdan asılı olmayaraq, öz duruşunu qoruyan adamam. Mən 28 il yaşadığım Azərbaycanda da Türk Millətçisi idim, 11 il yaşadığım Türkiyədə də və nəhayət 11 ildir yaşadığım Amerikada da Türk Millətçisiyəm və bunu hər kəs bilir. Heç vaxt imkan verməmişəm və vermərəm ki, hansısa bir xarici mənim ölkələrim (bəli, ölkələrim - bütün Türk Cumhuriyyətləri) haqqında mənfi bir söz desin.


MANŞET XƏBƏRLƏRİ