Aydın Qasımlı
Filologiya üzrə fəlsəfə doktoru
Bəşər tarixinin ən qədim və qədim dövrləri əsasən əfsanə, mif, rəvayət və hekayətlərə dayanır. Ona görə də tarixlə əfsanə, mif, rəvayət və hekayətlər bir- birinə qarışmış və hətta qədim Yunan dilində işlənən “Historia” (İstoriya) kəliməsi əslində bugünkü “Tarix” anlamında deyil, məhz “hekayət” anlamında işlənmişdir.
İnsan oğlunun hafizəsində yaşayan bu əfsanə, mif, rəvayət və hekayətlər sonradan “Tarix” adı ilə kitablardan kitablara keçmiş, ayrı- ayrı xalqlara məxsus əfsanə və miflər Yəhudilər, Yunanlar, Farslar və başqaları tərəfindən özəlləşdirilərək ayrı- ayrı xalqların böyük tarixi şəxsiyyətləri belə ad dəyişikliyinə uğradılmış, onlara məxsus məziyyətlər mənimsənilmiş, özününküləşdirilmişdir. Bu baxımdan ən çox itirən biz Türklər olmuşuq.Ulu babalarımızın yaratdıqları qədim maddi və mənəvi mədəniyyətimizi başqaları mənimsəyərək öz adlarına çıx mış, tarixi şəxsiyyətlərimizə aid xüsusiyyətlər özgələrin adına yazılmış, “Tarix yaradan” bir millə- ti “Tarixi olmayan” bir millət kimi qələmə verməyə çalışırlar.
Tarix yalanları və boşluqları sevməyən bir elmdir. Yalan və boşluqlarla dolu bir tarix tarix deyil, cəfəngiyatdır. Qədim Yəhudilər, Farslar və Yunanlar tarixi pəri məsəlləri ilə dolduraraq əfsanələr, rəvayətlər tarixi yaratmış və bunu tarixi həqiqət kimi insanlığa sırımışlar. Bütün bunların nəticəsidir ki, ən qədim və qədim dövr tarixi yalanlar sferasında firlanan əfsanələr və miflər bataqlığında itib batmışdır. Ona görə də Türklərin real tarixi, onların yaratdığı müəzzəm maddi və mənəvi , milli və bəşəri mədəniyyət nümunələri öncə Yəhudi, Yunan və xususilə Fars mif və əfsanələrinin içində əriyib özgələşmişdir. Bunu nəzərə alan məşhur tarixçi və filosof Lev Qumilyov belə bir məntiqli fikir irəli sürmüşdür ki: “Mifin məlumatlarını yoxlayıb dəqiqləşdirmək mümkün deyil. Bircə onu demək olar ki, mif elmə qarşıdır. Nə vaxt ki mif təntənə ilə qalib gəlir, onda elmin, həm də bütün bəşər mədəniyyətinin əsil tənəzzülü başlayır ” (Lev Qumilyov, Min il Xəzər ətrafında).
Tarixlərini miflər, əfsanələr, rəvayətlər üzərində quran xalqlar yalanı gerçəklik, əfsanələri real tarix kimi qələmə aldıqlarından onlar təkcə özgələrini deyil, özlərini də aldatmış, bununla da özlərini dolaşdıraraq bütün elmdə, mədəniyyətdə və siyasətdə geridə qalaraq son min ildə əsaslı bir dövlət qura bilməmiş, Türklərin kölgəsində yaşayaraq onların arasında öz mövcudluq- larını qoruyub saxlamış, başqalarına güvənərək Türkləri içindən yeyə- yeyə nəhayət XX əsrdə öz dövlətciklərini qurmuşlar.
“Qüvvət elmdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz”-deyən Nizami bununla sanki farsların tarixini mif və əfsanələr üzərində quran“Şahnamə” müəllifi fars şovinisti Firdovsiyə cavab olaraq bildirmişdi ki, əslində Firdovsi xalqını elə bir bataqlığa sürükləmişdir ki, onun bu xurafat bataqlığından çıxması axirətə qalıb.
Dünyada Türkün tarixi qədər böyük tarix, Türklərin tarixi qədər də dolaşdırılmış bir tarix yoxdur. Tarixi şəhid qanı ilə yaradan bir millətin tarixinə belə etinasız və düşməncəsinə yanaşmaq təkcə tarix elminə deyil, o tarixə belə münasibət bildirən tarixçilərin özlərinə də bir ləkədir. Çünkü tarix ictimai bir elm olmaqla yanaşı, həm də dəqiq elmdir. Çünki o, həm təbiəti, həm cəmiyyəti, həm də təbiət və cəmiyyətdə baş verən hadisələri öyrənən və öyrədən bir elmdir. Tarix elmi dəqiq məlumatlara , maddi və mənəvi sübutlara, arxeolojı, etnoqrafik tapıntılara, dil faktlarına əsaslanmalıdır. Burada hər hansı bir saxtakarlıq, qərəzçilik təkcə hər hansı bir xalqa, millətə deyil, bütövlükdə insanlığa olan saxtakarlıq, qərəzçilikdir.
Yəhudilərin, Yunanların, Farsların Türklərə qarşı bu saxtakarlığını, qərəzçiliyini sonraki bir çox xristian təəssubkeşi olan Avropa tarixçiləri də davam etdirmişlər. Bu saxtakar, qərəzçi tarixçilərə sovet dövrü Azərbaycan tarixçilərinin də böyük bir qismi qoşulmuş, Azərbaycan Türklərinin tarixini saxta və yalan məlumatlarla dolduraraq xalqımızın qədim, orta əsr və Sovet dövrü tarixini Sovet ideologiyasına qurban vermişlər. Çox təəssüflər olsun ki, bugünkü yaltaq, özünü “tarixçi” adlandıranlar da öz sələflərinin yolunu davam etdirərək Azərbaycanda son dövrlərdə baş vermiş hadisələri bir şəxsin adına yazaraq həqiqi tarixi saxtalaşdırmaqla məşğuldurlar.
Əsrlərcə tarix elmindən Türkün əleyhinə yaramaz məqsədlər üçün istifadə edən Türk düşmənləri, elmdə heç bir sərişdəsi olmayan bu əbləhlər unudurlar ki, Türklər dünyanın ən sayılan xalqlarından belə fərqli olaraq mədəniyyətin ən yüksək forması sayılan onlarla dövlət və imperatorluqlar yaratmışlar.
Türklər tarixən mövcud olan əksər dövlət sistemlərindən istifadə etmişlər. Tarixə bəlli 25 imperatorluq, 150 dövlət, 10 Muxtar Respublika və 5 Muxtar Vilayət yaradan, tarixin heç bir dövründə dövlətsiz olmayan bir milləti “Tarixi olmayan bir millət ” adlandırmaq təkcə düşmənçilik deyil, həm də bütün insanlıq tarixi adına bir ləkədir. Türkləri “ Tarixi olmayan bir millət ” adlandıranlara cavab olaraq Türklərin tarixən yaratdıqları dövlətlərin və imperatorluqların adlı tarixi xronolojı siyahısını çap etməyi gərəkli sayırıq.
Türk İmperatorluqları
1. Böyük Turan İmperatorluğu (“Tufan”dan əvvəl).
2. İkinci Böyük Turan İmperatorluğu (“Tufan”dan sonra eradan əvvəl Vİİ əsrə qədər).
3. Saka (Skif) Böyük Turan İmperatorluğu (eradan əvvəl Vİİİ - V əsrlər).
4. Midiya İmperatorluğu ( eradan əvvəl Vİİİ əsrin sonundan 550- ci ilə qədər)
5. Asiya Hun İmperatorluğu ( eradan əvvəl İV əsrdən eramızın 48- ci ilinə qədər)
6. Böyük Hun İmperatorluğu ( eradan əvvəl 204 - cü ildən eramızın 216 - cı ilinə qədər )
7. Avropa ( Qərbi ) Hun İmperatorluğu ( 374 – 469 cu illər )
8. Tabqaç İmperatorluğu ( 386 – 557 - ci illər )
9. Ağ Hun ( Eftalit ) İmperatorluğu ( 420 – 562 – ci illər )
10. Birinci Göy Türk İmperatorluğu ( 552 – 582 – ci illər )
11. Doğu Göy Türk İmperatorluğu ( 582 – 630 – cu illər )
12. Batı Göy Türk İmperatorluğu ( 582 – 630 – cu illər )
13. Avar İmperatorluğu ( 563 – 803 – cü illər )
14. Xəzər İmperatorluğu ( 650 – 985 – ci illər )
15. İkinci Göy Türk İmperatorluğu ( 681 – 744 – cü illər )
16. Uyğur İmperatorluğu ( 744 – 840 – cı illər )
17. Böyük Səlcuqlu İmperatorluğu ( 1040 – 1157 – ci illər )
18. Xarəzmşahlar İmperatorluğu ( 1097 – 1231 – ci illər )
19. Türk – Moğol İmperatorluğu ( 1206 – 1368 – ci illər )
20. Qızıl Orda İmperatorluğu ( 1236 – 1502 – ci illər )
21. Osmanlı İmperatorluğu ( 1299 – 1922 – ci illər )
22. Teymurlu İmperatorluğu ( 1368 – 1507 – ci illər )
23. Səfəvilər İmperatorluğu ( 1499 – 1736 – cı illər )
24. Babur ( Türk - Hind ) İmperatorluğu ( 1526 – 1858 – ci illər )
25. Əfşarlar İmperatorluğu ( 1736 – 1763 – cü illər )
Türk Dövlətləri.
1. Şumer şəhər dövlətləri ( eradan əvvəl XXVİİİ – XXİV əsrlər )
2. Aratta dövləti (eradan əvvəl İİİ minilliyin İ yarısı)
3. Kuti dövləti (eradan əvvəl İİİ minilliyin İİ yarısı )
4. Lullu dövləti (eradan əvvəl İİİ minilliyin İİ yarısından İİ minilliyin başlanğıcına qədər )
5. Elam dövləti (eradan əvvəl 2240 – 2270 – ci illər )
6. Manna Dövləti (eradan əvvəl İ minilliyin İİ yarısından əvvəllərinə qədər )
7. Adərbayqan dövləti (eradan əvvəl 323 – cü ildən eramızın İİ əsrinə qədər )
8. Alban dövləti (eradan əvvəl İ minilliyin əvvlindən eramızın Vİİ əsrinə qədər )
9. Quzey Hun dövləti ( 48 – 156 – cı illər )
10. Güney Hun dövləti ( 48 – 216 – cı illər )
11. Birinci Çxao Hun dövləti ( 304 – 329 – cu illər )
12. İkinci Çxao Hun dövləti ( 328 – 352 – ci illər )
13. Quzey Lianq Hun dövləti ( 401 – 439 – cu illər )
14. Hsia Hun dövləti ( 407 – 431 – ci illər )
15. Lou – Lan Hun dövləti ( 442 – 460 – cı illər )
16. Sabar dövləti ( V – Vİİ əsrlər )
17. Onoqur dövləti ( V – Vİ əsrlər )
18. Tuqurkur dövləti ( V – Vİ əsrlər )
19. Uturqur dövləti ( V – Vİ əsrlər )
20. Doğu Tabqaç dövləti ( 534 – 557 – ci illər )
21. Batı Tabqaç dövləti ( 534 – 557 – ci illər )
22. Türkeş dövləti ( 717 – 766 – ci illər )
23. Qarluk dövləti ( 766 – 1215 – ci illər )
24. Qırğız dövləti ( 840 – 1207 – ci illər )
25. Qaraxanlılar dövləti ( 840 – 1042 – ci illər )
26. Şirvanşahlar dövləti ( 861 – 1086, 1120 – 1501 – ci illər )
27. Tulunoğulları ( Misir ) dövləti ( 868 – 905 – ci illər )
28. Sacilər dövləti ( 889 – 942 – ci illər )
29. Leonq Şato Türk dövləti ( 907 – 923 – cü illər )
30. Turfan Uyğur dövləti ( 911 – 1368 - ci illər )
31. Tanq Şato Türk dövləti ( 923 – 936 - cı illər )
32. Tsin Şato Türk dövləti ( 934 – 946 - cı illər )
33. Oğuz Yabqu dövləti ( X əsrin əvvəlindən 1000 – ci ilə qədər )
34. İxşidilər dövləti ( 935 – 969 – cu illər )
35. Salarilər dövləti ( 942 – 981 - ci illər )
36. Qəznəlilər dövləti ( 969 – 1187 - ci illər )
37. Şəddadilər dövləti ( 971 – 1075 - ci illər )
38. Rəvvadilər dövləti ( 983 – 1060, 1107 – 1117 - ci illər )
39. Doğu Qaraxanlı dövləti ( 1042 – 1211 – ci illər )
40. Batı Qaraxanlı dövləti ( 1042 – 1212 - ci illər )
41. Anadolu Səlcuqlu dövləti ( 1092 – 1307 - ci illər )
42. Suriya Səlcuqlu dövləti ( 1092 – 1117 - ci illər )
43. Kirman Səlcuqlu dövləti ( 1092 – 1187 - ci illər )
(ardı var)