İdil çayı boyunca uzanan Türk elləri


Axısxa/ Məhsəti Türk xalqının fəlsəfi-dini andları, inancları...
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

I yazı

Qədim yunan coğrafiyaşünaslarının-H.Halikarnaslı (e.ə. 484-425), M.Fales (e.ə. 640-548), M.Hekatey (e.ə.550-490), Strabon (e.ə.23-64), K.Ptolomey (100-170)..., ərəb səyyahlarının- Ə.F.Bağdadi (879-960), Ə.F.Həmavi(1273-1331), Qərbi Avropa alimlərinin XIV əsrdə venesiyalı Federiik və Dominik Pitsiqani qardaşları, A.Oleari (1599-1671)...imzalı xəritələrdə, səyahət qeydlərində, əsərlərində Avropa qitəsinin Şərq hissəsi ilə bağlı göstərilən coğrafi adların etnomorfoloji və etnofiloloji mənaları ilk növbədə əski Türk qəbilə-tayfa birliklərinin Dil-Ailə qruplarına aid olmaqla yanaşı, həm də müasir dövrdə həmin ərazidə yaşayan kökənli etnosoyların tələffüz və leksik üslubuna, coğrafi məkan xüsusiyyətlərinə xeyli dərəcədə doğmadır.

Yuxarıda adları çəkilən Əski/Antik dövr yunan səyyahlarının xəritələrində İtil/İdil çayı (qədim Türk dilli qəbilələrin dillərində “iti axan çay” mənasında) adlanan indiki Volqa çayının orta hövzəsində yaşayan və Ural-Altay dil ailəsinə aid olan xalqların dil-leksik tələffüzündə, filoloji nitq tərkibində ÜmumTürk sözlərinin və ya doğma məna kəsb edən ifadələrin təşəkkül tapması e.ə. X-VIII minilliklər çağı, Üst Daş dövrü ilə bağlı olduğuna bir daha sübutdur.

Qeyd edilən tarixi-coğrafi mülahizələr, o cümlədən, “Herodota görə Ural-Volqaboyu hövzəsi, e.ə. V əsrə görə” nəzəriyyəsi, Ə.F.Bağdadinin “Risaləsi” (921-922-ci illərdə İtil/İdil çayı hövzəsi səyahətlərinin nəticəsi) bu ərazilərin kökənli xalqlarının adlarını (Oğuzlar, Başqurdlar, Bulqarlar, Xəzərlər....) göstərir və etnogenetik milli düşüncə, təkamül/təfəkkür...eyniliyini təsdiq etmişlər.

İtil/İdil çayının orta və aşağı axın hövzələrinin Biçənək-Bulqar düzənliyini də özündə ehtiva edən “Cuci ulusunun xəritəsi” (F. və D.Pitsiqanilərin kartoqrafik əsəri) də, sonrakı mərhələdə (XVIII-XXI əsrlərdə) formalaşmış etnotarixi, milli coğrafi, filoloji-fəlsəfi...təməl prinsipləri də yerli etnosların ÜmumTürk dil-ailə birliyinin ifadəsi olmuşdur.

1367-ci ildə tərtib edilmiş “Cuci ulusunun xəritəsi”ndə Orta və Aşağı İtil çayı (xəritədə bu cür qeyd edilib-Q.Y.) hövzəsi bütünlüklə Türksoylu Tatar/Monqol uluslarının, elatlarının ərazisi kimi təsvir edilmiş və bildirilir ki, kökənli xalqların dillərində formalaşmış toponimlərin əksəriyyəti isə unudulmuş, qrafik təsvir yazısına alınmasa da, XIV əsrin I yarısına aid olan məlumatlar (Türk mənşəli Qızıl Orda dövlətinin yaşayış məntəqələrinin adları ilə birlikdə) , o cümlədən X əsr dövrünü özündə əks etdirir.

Həmçinin İtil/İdil çayı və Şimali Xəzər hövzələrinə aid tarixi-coğrafi məlumatları əks etdirəın “Cuci ulusunun xəritəsi”ndə yer tutan Özbək xan imperiyasının cənub qurtaracağı Dərbənd şəhəri ilə hüdudlanmışdır.

Bu baxımdan A.V.Sudakovun 2016-cı ildə işıq üzü görən “Aşağı Volqaboyu hövzələri əski dövr coğrafiyaşünasların təsəvvüründə” məqaləsi xüsusi əhəmiyyət kəsb edir və vurğulanır ki, artıq yeni minilliyin başlanğıcında Uzaq Şərq və Mərkəzi Asiya bölgələrinin Türkdilli xalqlarının yeni və güclü köçünün Batıya doğru istiqamətlənməsi tarixi və coğrafi təbəddülat dövrünün başlanğıcı hesab edilə bilər.

Onun başqa digər (“Erkən Orta əsrlərdə Xəzər xaqanlığı, Kiyev Rus dövlətində, Bizans və Ərəb dünyasında Aşağı Volqaboyuna aid coğrafi təsəvvürlərin formalaşması”, 2015) məqalələrində, eləcə də, V.A.Qurkinin (1957) “XVII-XVIII əsrlərdə Orta Volqaboyu hövzəsi kartoqrafların nəzərində” əsərində (2007) də...İtil/İdil (Volqa) çayının orta və aşağı yataqları boyunca yaşayan Türkdilli etnotoplumların tarixi-coğrafi salnaməsi, etnogenezisi, milli-demoqrafik dəyərləri, mənəvi-dini özgürlüyü...barədə dəyərli bilgilərə yer ayrılmışdır. Belə ki, adı çəkilən sonuncu mənbədə İtil çayı boyunca, Sinbir və Samara şəhərləri arası yerləşən yaşayış məntəqələrinin (Molla, Mazı, Yeriklin...kəndləri) iri miqyaslı planları verilib və məscidlər, minarələr, gümbəzlər...fonunda təsvirlərə yer ayrılıb.

İtil/İdil çayı hövzəsində Hun-Uyğur və Aral-Altay etnoqrup, etnodil və etnoailə birliyinin aparıcı etnodemoqrafik xətti ərazisə e.ə. minilliklər və sonrakı əsrlərdə formalaşn leksik-dil semantikasının əsasını təşkil etdiyindən digər gəlmə tayfalarına da filoloji təsir izlərini buraxmışdır. Belə ki, yerli xalqların dilində yaranan toponimlərin (Samara vilayətində Çardağlı nahiyəsi, Simbir (əski Türkcədə “sakral yer” mənası verir) vilayətində Qarasu nahiyəsi, Orta İtil çayı boyunda Hunquz/Sunqur kəndi....) morfogenetik təhlili göstərir ki, bu coğrafi adlar əsasən Skif-Sak-Hun-Uyğur-Qıpçaq-Bulqar...dillərində yaranmış, kökənli fonetik-tələffüz doğmalığını qoruyub saxlamış, eləcə də, milli eposların dil üslubunda ifadə olunmuşlar (Başqurdstan EA-nın akademiki T.M.Qəribov (1928-2022), g..e.n, geoloq R.Q.Sadıqov (1951), Samara Texniki Universitetinin müəllimi, c.e.n. A.N.Porunov...).

Haşiyə. Ərəb səyyahı və alimi əl-Məsudi (X əsr) Aşağı İtil çayı bölgələrində İslam dini təlimi və fəlsəfəsinin təşəkkül tapmasında əski Türkdilli xalqların (Qıpçaqların, Skiflərin, Bulqarların, Oğuzların, Hunların, Uyğurların....) kökənliliyi başlıca amil olmuş, onların dillərində yaranmış ilk eposlar (Gül Qalinin (XIII əsr) müəllifi olan “Qayisə və Yusif” dastanı...) başqa etnobirliklərin milli-mədəni dünyagörüşünə və dil-ailə təməl dəyərlərinin yaranmasına səbəb olmuşlar. Bu hövzədə yerli xalqlarla assimlyasiya olunan etnoslar sırasında “Slavyanlar” (“Sliyanilər”-“Etnoaxınlar”, “Başqa xalqlara qarışanlar”) xüsusi yer tutmuşdur.

Hövzənin Orta və Aşağı ərazilərində yayılan bir sıra antro-oro-hidrotopnimlərin sistemli təhlili bir daha yuxarıdakı mülahizələrin təsdiqi üçün əsas ola bilər. Nümunə üçün bəzilərini qeyd etmək olar-Sizran şəhəri və çayı, Krımzı çayı.... qədim, yerli Türkcə anlamı “düzən ərazilərdə yarğan əmələ gətirən sısqa çay axan yer” mənasındadır, “sızmaq”, “sızma” feli söz kökündən yaranmışdır. Sızran çayı mənsəbində salınan eyni adlı şəhərdə müdafiə-istehkam məqsədi ilə 1683-cü ildə qala tikilmişdir.

XVI əsrin I yarısında Şərqi Avropada güclü dövlət quruluşu və hakimiyyəti yaradan Kərim/Krım yarımadası Türklərinin şərəfinə adlanan hidronim-Krımza çayı (uzunluğöu 50 km) Sızran çayının sol qoludur, İtil/İdil çayının orta hövzəsində axır...

Sızran şəhəri yaxınlığındakı Hunqur/Sunqur, Teymurca/Şemurşa, Əhmədli, Sayman, Atlaş, Qubad/Kuvat....antronimlərin izaha ehtiyacı yoxdur.

Təqribən eyni enlikdə, amma əks tərəfdə yerləşən indiki Samara bölgəsinin də toponimlərinin morfogenetikası, dil-sintaksik tərkibi sırf əski Türkdilli söz və sözbirləşmələrindən yaranmışdır. İlk dəfə “Samur” toponimi (Türk dilində “düzən, çöl ərazisindən axan çay” mənasında) ərəb səyyahı Əbu ibn Fəddan tərəfindən 922-ci ildə böyük karvan yolu üstündə yerləşən, Bulqar Türklərinin yaşayış məntəqəsi və çay üzərindən keçən körpü kimi adı çəkilib, 1260-cı ildə tərtib edilən “Gereford xəritəsi”ndə təsviri verilib (bu xəritə hazırda Böyük Britaniyada saxlanılır).

Yahu Gözəl Şamil qızının 2019-cu ildə yazdığı “Uşaqlarım” romanında xalq dilində təsdiqini tapmış İtil-Bulqar su çayının, Noqay yüksəkliklərinin... adı çəkilir, Türkdilli/anlamlı toponimlərə geniş yer verilmişdir.

Orta İtil/İdil çayı hövzəsinin toponimlərinin yaranmasının elmi-nəzəri və metodoloji təhlilində kökənli, milli xalq yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Nümunə kimi, etnoqraf-tədqiqatçı T.İbrahimovun 2008-ci ildə çap etdirdiyi “İske (əski) Atlaş. Avılının tarixi” (tarixi-bioqrafik toplu) əsərini göstərmək olar. El deyimlərinə rəğmən yaranmış qədim Ataş kəndinə aid rəvayətə görə, uzun illər əvvəl bu yerdə itmiş atın, sonradan tapılması şərəfinə hamını ocaq kənarına səsləyənlər deyirmiş ki, “gəlin qonaq olun, bu bizim Aşaqız, Aşaqız...tapıntımızdır, bu bit atlı aş...(aşımıza qonaq olun)...Atlaş kəndi İtil/İdil çayının sağ sahilinin yüksəklikləri ətəyində Türklü çayının (uzunluğu 273 km, Alay çayına birləşərək İtil/İdil çayının sağ qolu) mənsəb hissəsindən 8-10 km cənubda yerləşir, bu kənddən 90 km cənub-qərbə tərəf Bazar Qarabulaq qəsəbəsinin (Qarabulaq çayının uzunluğu 56 km-dir) 13 min əvvəl yaşayış məskəni olması arxeoloji tədqiqatlarla sübut olunmuşdur.

Atlaş kəndi Turaq (əski Bulqarlarda mərdə, cəngavər döyüşçülərin adı) çayının mənsəbindəki qədim Turay şəhərindən (ruslar “Kuznetsk” şəhəri adlandırıb) cənub-şərqə doğru 70 km aralı yerləşir.

T.İbrahimovun fikrincə, Orta və Aşağı İtil çayı hövzəsinin yer adlarının etnogenezisi ilk növbədə Xəzər xaqanlığı, Böyük Bulqar dövləti, İtil/Bulqar hakimiyyəti, Qıpçaq-Hun imperiyası, Cuci Ulusu...dövrünün tarixi, coğrafiyası və filoloji təsirləri ilə yaranaraq formalaşmışdır.

Orta və Aşağı İtil/İdil çayı hövzəsinin əski Türk ocaqlarının Aral/Ural və Altay dil qrupları, ailə birlikləri timsalında ayrı-ayrı doğma, kökənli qollarının e.ə. X-VI minilliklər ərzində formalaşması və geniş yayılması ərazinin əlverişli coğrafi mövqeyi ilə yanaşı (böyük ticarət və karvan yollarının üzərində yerləşməsi, münbit torpaq-otlaq örtüyünün geniş sahəsi, çay hövzəsinin əhəmiyyəti...), həm də davamlı siyasi-hərbi əməliyyatların meydanı olması ilə səciyyələnir.

Btün bunlar bölgədə Türk xalqlarının tarixi-coğrafi varlığını sübut edən amillərdir.


MANŞET XƏBƏRLƏRİ