Yaşıl ada dastanı


No description available.

Turan Uğur
AYB üzvü

“Türküstan qəzeti” üçün

Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.

YAŞIL ADA DASTANI

( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)

BÖLÜMLƏR

1 Kükrəyən tarix

2 Folklor –həm qılıncdır, həm qalxan

3 İki fədai –Biri doktor, biri advokat

4 Yaşıl adanın yaşıl xətti

5 Consonun məktubu

6 Ərənköyün ərləri

7 Demokratiya beşiyində diktatura

8 Müttəfiq elə müttəfiqdir!

9 Gözlədim də gəlmədin...

10 Yanlış da bir naxışdır

11 Savaşdan Barışa

12 Ayşə tətilə çıxsın!

13 Qardaşlığın adı – Kıbrıs

14 Yaşıl ada dastanı

(əvvəli BU LİNKDƏ)

İngiltərə hökuməti isə əsgərini riskə atmaq istəmədi, çünki sovet ittifaqı müstəmləkəçilik siyasətinə görə İngiltərəni mütləq şəkildə suçlayacaqdı. Başqa səbəb də vardı: İngiltərə bir dəfə Kıbrıs bataqlığına düşmüşdü, daha bu bataqlıqda boğulmaq istəmir, illah ki, seyrçi qalmaqla kifayətlənmək arzusunda idi.
ABŞ Dövlət katibi Henri Kissincer qayğılansa da, Türkiyənin hər yerdə güclü olması onun ümumi strategiyasının tərkib hissəsi idi.Türkiyə ABŞ-nin sovetə qarşı ən böyük silahı və NATO həmkarı kimi etibarlı dövlət idi.Henri Kissincer bu faktorları əla bildiyindən, vəziyyəti doğru dəyərləndirdi və Türkiyəyə qarşı heç bir mövqe sərgiləmədi, əksinə müxtəlif yollarla
“Altdan-altdan işinizi görün kimi” üstüörtülü, eyhamlı şəkildə mesajlarda da bulundu ünlü diplomat. Baxmayaraq ki, hərəkat zamanı bir gündə 16 dəfə Ecevitlə telefon danışığında olmuş, hətta atəşkəsin bağlanması üçün israrlı tərəf kimi görünmüşdü.Kissincer ustad bir siyasətçi idi.Neylədiyini əla bilirdi, bir tərəfdən beynəlxalq aləmə mesaj verirdi ki, baxın, ABŞ Avropa İttifaqının yanındadır, sülhün yanındadır, digər yandan isə müttəfiqi Türkiyənin silahlı müdaxiləsinə izin verirdi.Türkiyənin onun üçün önəmli yer tutduğu gün kimi bəlli idi.Kissincer güclü NATO ölkəsi, əsl tərəfdaş Türkiyəni əl boyda Kıbrısa, yaxud Yunanıstana dəyişmək havasına qol götürüb oynamazdı.Amma bu havaya oynayanlar da oldu, uduzanlar da, hətta ABŞ-ni suçlayanlar da.
Yunanıstana meyilli olan İngiltərə xarici işlər naziri
Ceyms Kallaqan daha sonra ABŞ-ni İngiltərəni tənha buraxmaqda günahlandıracaq və bu durumda ən çox uduzmuş oyunçuya çevriləcəkdi.

GÖZLƏDİM DƏ GƏLMƏDİN...

(9-cu bölüm)

Kıbrıslı türklər xəbər gözləyirdi. Qulaqlar radioda, gözlər yollarda idi.Türkiyənin Lefkoşadakı səfiri Asəf İnan hiss etdi ki, artıq müdaxilə qaçılmazdır.Rum radiosu isə türklərin gələcəyinə inanmırdı.1974-cü ilə kimi türk silahlı qüvvələri iki dəfə qapıdan, daha doğrusu, adadan dönmüşdü.
Rum radiosu isə tez-tez bu mahnını səsləndirir, necə deyərlər, türklərə uşaq kimi acıq verirdilər.

“Gözlədim də gəlmədin,
Sevdiyimi də bilmədin.
Gözyaşımı silmədin,
Heçmi məni sevmədin”

Yunanlar da adadan arxayın idilər.
1974-cü il, cümə günü, 19 iyul, saat 22:00, Ankara...Hərəkat üçün hazırlıqlar son mərhələdə idi. Sabahısı gün, saat 05:00 başlanacaqdı hərəkat.Türk gəmisinin yola düşməsinə 7 saat qalırdı.
Bülənt Ecevitin qərarı qəti idi.Adaya getməliyik, yardımçısı Nəcməddin Ərbakan da ona inanılmaz dəstək vermişdi.

Artıq ABŞ çeşidli qaynaqlardan aldığı informasiyalara görə Türkiyənin Kıbrısa müdaxilə edəcəyinə əmin idi. Sputniklərlə hər şey izlənilmiş, cidanın çuvalda gizlədilməsi mümükünsüz olmuşdu.Rauf Denktaş isə çox narahat idi:
-Yenəmi gəlməyəcəksiz, qardaşlarım? Yenəmi?

Denktaş ən yaxın dostlarını çağırdı, “diqqətli olaq!” dedi.

Ecevit isə əsgəri hərəkatda israrlı idi.Cozef Siskoya bildirdi ki, daha sizi dinləmərik. Türkiyə hava sahəsini bütün təyyarələrə bağladı.31 çıxarma gəmisi və başqa vasitələrlə 2000 türk əsgəri gecənin ənginliyində Kıbrıs sahillərinə vardılar.Hüzn şərqiləri yerini sevinc nəğmələrinə ötürdü.
Bu dəfə radioda şənlik havası çalmaq növbəsi Kıbrıs türklərinin idi:

“Bu qədər ürəkdən çağırma məni,
Bir gecə ansızın gələ bilirim.
Məni bəkliyorsan, uyumamışsın,
Sevincdən qapında ölə bilirim.”

YANLIŞ DA BİR NAXIŞDIR

(10-cu bölüm)

Kıbrısda saat 05:00-dir.Denktaş dostlarına, silahdaşlarına müjdəni verdi.Ancaq nədənsə gecikirdi türk əsgəri.
Elə hey yollara sarı baxır Rauf Denktaş,
“Aman Allah, bu nədir, gələn yox, gedən yox”- deyib təlaş keçirir.Yenəmi döndülər geri? Bir saat keçmiş gələn yox, bu işin zarafatı qalmadı artıq.Amma bu gərgin epizodların təməlində məzəli bir məqam dayanıbmış, sən demə.Kıbrısla Türkiyə arasında 1 saat fərq olduğu heç kimin ağlına gəlməmişdi.

Qeyd: (Bu olayın bənzəri bizim çəkiliş qrupunun da başına gəlib.Girnədə - gəldiyimiz gecənin sabahı sübh tezdən durmuşduq ki, yollanırıq çəkilişə.Ancaq hər tərəf qap-qaranlq, zülmət kimi idi. Bakı saatı ilə da fərq olduğunu sezməmişdik. Ona görə Kıbrısa ilk gəldiyimiz gündə yuxusuz qalmışdıq)

O bir saat bir əsrə bərabər idi.Amma rumların başı öz qazanlarında qovrulurdu.Nə yaxşı ki, bu yanlışı heç bir rum anlamadı.Nəhayət gəldi türklər, türk əsgərini görən hər kəs sevincdən torpağı, asfaltı öpürdü.

İlk mərhələdə havadan, dənizdən və quru yolundan 8000 əsgər çıxacaqdı adaya.
Girnə ilə Lekoşa arasında Beşbaramaq dağları çətin aşıldığından helikopterlər yerə endirildi, dənizdən gələnlərə yol açıldı.Qüvvələrin birləşməsi gec olsa da nəhayət baş tutdu.

SAVAŞDAN BARIŞA!

(11-ci bölüm)

Bülənt Ecevitin qanımızı coşduracaq məşhur sözləri:
- “Biz əslində, savaş üçün deyil, barış üçün, həm də türklərə deyil, rumlara da barış gətirmək üçün adaya gedirik.”
Amma rumlar vəziyyətdən hələ xəbərsiz idi.Denktaşın oğlu Raif təlaşla atasının yanına gəldi.
“Türk əsgəri gəlsin də göstərin - deyir rumlar”
Denktaş dərhal 5-10 əsgər, 2 tank tapdı.Çünki hələ türk əsgəri gəlib Lefkoşaya çıxmamışdı.22 iyul tarixində tankların hamısı gəldi. Tanklar gəldi barış da gəldi.Adətən tank savaş gətirər, bu dəfə barış gətirdi. “Sevə-sevə yola gəlməyəni, döyə-döyə yola gətirərlər” deyimi bəraət qazandı.Birinci hərəkat 22 iyul 17:00-da atəşkəs elan edilməsi ilə bitdi.Yunanıstanda və Kıbrısda hökumət dəyişiklikləri iyulun sonuna təsadüf etdi.Cenevrədə konfrans təşkil olundu ki, sülh imzalansın.
30 minə yaxın türk əsgərinin adada kiçik bir ərazidə toplu bir şəkildə dayanması Türk Silahlı Qüvvətləri üçün böyük bir risk idi.Uzun vaxt bir yerdə dayana bilməzdi türk əsgərləri, rumlarla ona görə atəşkəs bağlanmışdı ki, bu problem bir yolluq çözülsün.Birinci Cenevrə konfransından bir nəticə hasil olmayınca, Ankara İkinci Cenevrə konfransı üçün 2 paket, 2 təklif irəli sürdü. 2 bölgəli və ya 5 kantonlu Kıbrıs Cümhuriyyəti yaransın və bu xüsusda türklərin ərazisi 100-də 30 faiz olacaqdı.O vaxtkı şərtlərə görə böyük bir istək idi, ancaq bugünkü şərtlərlə xeyli məhdud istəkdir. Çünki bu gün Kıbrıs türkləri hardasa adanın 38-faizinə sahibdirlər.Allahdan rumlar hər iki təklifi də rədd etdilər.O zaman İkinci hərəkat qaçılmaz oldu.
14 avqust 1974 cü il...İkinci hərəkatın başlama günü...Ondan əvvəl isə ABŞ Dövlət katibi Kissinceri yenidən Türkiyəyə qarşı çıxmasına təhrik etmək istədilər.Zəki və təcrübəli Henri Kissincer isə Türkiyənin ABŞ – dəki səfiri Məlik Əsənbelə eynən bu şəkildə dedi:

Henri Kissincerin Məlik Əsənbelə dedkləri:

“Nədən qorxursunuz, nədən əndişə edirsiniz? Mən sizin yalnız Orta Şərqdə deyil, Kıbrısda da qüvvətli olmağınızı istəyirəm.Mənim ümumi strategiyamın içində mövqeyiniz budur.Rusların “millətlərarası konfrans təşkil olunsun” kimi çağırışları var.Bunlara da önəm verməyin.
Sizi Kıbrısdan kimsə çıxarammaz”

Daha danışılacaq bir şey yox idi...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ