Qədim-Antik dövr Türk bilgələri və ya filosofları


AMEA Fəlsəfə və Sosoiologiya İnstitutu
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

II Yazı

Turan və Hind-Avropa qövmlərinin müxtəlif yerlərdə (Anadolu¬da, Qara dənizin quzey tərəflərində, Qafqazda, Orta Asiyada, Ön Asiyada və b.) biri-biriylə qarşlaşdıqları, hətta təfriq ediləməyəcək qədər ixtilaflara girdikləri görülməkdədir. Qobi vahələrində; İran qapılarından və Kaşğardan, Hutandan Koçaya və Turfana qədər bütün Çin Türkistanında Turanilərin arasında və ya yanında Hind-Avropalılara rastlanır. Türklərlə/turanlılarla Hind-Avropalıların dünyagörüş mübadilələri, o cümlədən dil və mədəni əlaqələri ünün qarşılaşmaları m.ö. II minilliyin ortalarından başlayaraq miladın IX əsrinə qədər davam etmişdir. Alman alimləri Turanilərin Hind-Avro¬palı, fransız alimləri isə Türk olduqlarını zənn edirlər (225, s.71-72).
Məsələn, hind-avropa mənşəli hesab olunan İran/Hind fəlsəfəsi insaniyyətçi və dualust xarakterli dəyərləndirilir ki, zaman zaman bu fəlsəfənin Türkün Tanrıçılıq fəlsəfəsinə təsir göstərməsi qaçılmazdır. Eyni zamanda Türkün həqiqətçi və gerçəkçi fəlsəfəsi də İran/Hind fəlsəfəsinə xeyli dərəcədə təsir göstərmişdir. İran hikməti, insanı aləmin mərkəzi və bütün əşyanın məna, qayəsi olaraq görür. Varlığın “hikməti vücud”u insandır. İnsanın qədəri, təbiət və əşyanın üstündə olub ona istiqamət və qiymət verir. Zərdüşt, Zənd-Avestda bizə insanın xeyirlə şər arasındakı mücadiləyə səhnə olan vicdanını və insan iradəsinin kainat içindəki yüksək mövqəyini göstərdiyi kimi; İslamdan sonrakı bütün İran ədəbiyatı da müxtəlif şəxsiyyət¬ləriylə bu hikmətə nümunə təşkil edir (225, s.48). Hilmi Ziya Ülkenə görə, İran hikməti insançı və utopistdir.
İran dualizmi özünü Zənd Avestada Hürmüz və Əhrimən formasında büruzə verir. Amma Saka, Midiya, Parfiya dönəmində Turanlıların Farslara-İrana güclü təsiri nəticəsində bu dualizm qismən zəifləmişdir. Zərdüştə görə, sonda Hörümüz Əhrimənə qalib gələcək ki, bununla da dünyada bir ahəng, sükunət olacaqdır. İran hikmətincə, insan Hörümüzlə Əhrimənin çarpışmasından ancaq son gündə qurtulacaqdır, o zaman həyatına inşirah vermək üçün daima son günü “Mehdi”yi gözləmək lazımdır. İran hikmətində “Mehdi”yi gözləmə Zərdüştlükdən irəli gələn bir inancdır. “Mehdi” əqidəsi İran hikmətində İslamdan öncə var idi. Məsələn, İslamdan öncəki İranda mağaraya saxlanıb qiyamətdə çıxacaq “Bəhram Çubin”-də vardır. Eyni ideyanı ərəblər, almanlar, hindlər, yaponlar arasında da görmək mümkündür (225, s.53).
Hilmi Ziya Ülkenin fikrincə, Hind-Avropa fəlsəfəsindən fərqli olaraq Türk hikmətində insan, zidd prinsiplərin ahənginə uyğun yaşadığı müddətcə inşirah (Serenite) içərisindədir: “Çünki orada “arzu” imha edilən bir qüvvət, bir növü şeytan və ya Dəccal deyil; fəqət bizi hər an məfkurənin sükun və mükəmməliyyətinə doğru bir az yüksəldən bir qanaddır. Və yenə orada “məfkurə” bizim əsla ulaşamayacağımız və hər atılışda qırılıb düşəcəyimiz yetişilməz bir aləm; yaxud da bütün ömrümüzcə həsrət içində yalnız serabını gördüyümüz çox uzaqlara atılmış bir xəyal deyildir. Fəqət o bizim arzularımıza hər an bir az daha çox atılmaq və yaxınlaşmaq şövqünü verən və başımızı hər qaldırışda sevimli üzünü doya doya seyr etdiyimiz “Göy Tanrı”dır. Bunun üçündür ki, Türk hikməti nə Yunan hikməti kimi qədərçi, nə də İran hikməti kimi xəyalçıdır. Ona mütləq bir ad vermək lazımdırsa deyə biləriz ki, Türk hikməti həqiqətçi və tərəqqiçidir” (225, s.54).
Hind-Avropa mənşəli Yunan hikməti varlıqçı və qədərçi fata¬list¬dir; insanın müqəddər bir təbiət nizamı əlində oyuncaq olduğuna, insan iradəsiylə bu nizama heç bir qatılıb əksilməyəcəyinə qanedir. Demurq şəkilsiz bir hərcü mərcdən ibarət olan Xaosa ahənk və nizam vermiş; onu Kosmos halına gətirmişdir. Insanın fəziləti bu müqəddər nizama uyğun yaşamaqdır. İnsanın arzuları o nizamı pozacaq şəkildə olduğu zaman Demurq-Varlıq onları susduracaqdır. Varlıq qarşısında nəfsini öldürəcək; bununla da külli təbiətin bur parçası halına gələcəkdir. Yunan fəlsəfəsində “insan” “varlığ”a tabe olub onun ətrafında dövr etməkdədir. Sokratın “özünü dərk et” və “şüura dönüş”ü bu hikmətdən heç bir şey dəyişdirməmişdir. Ülken yazır: “Yunan və İran hikməti realist insan dünyagörüşünü ifadə etməkdən uzaqdır. Hər ikisində də, insanın təbiət içindəki həqiqi mövqeyinə nəzərən görülmüş bir hərəkət düsturu bulunamaz. Çünki biri insanı varlığa əsir etmiş, digəri varlığı insana bağlamaq surətiylə onun aləm içindəki mövqeyini mübaliğə və ifrat ilə görmüşdür” (225, s.49).
Yunan hikmətinin qədərçi olmasına səbəb ilk zaman mədə¬niyyətindəki aşılmaz kast (təbəqələşmə) rejimidir. İran hikmətinin xəyalçı olmasını isə uzun əsrlərboyu türklər, ərəblər, yenindən türklər tərəfindən istila olmasında aramaq lazımdır. Türk hikmətinə görə, dünyadakı təbii nizamı davam etdirmək və məsud olmaq üçün bilgili, cəsarətli, qənaətkar olmaq lazımdır: Yuxarıda göy batar, aşağıda yer dəlinərsə bu nizam və insanların bütün hakimanə tədbirlər özlüyündən pozulacaqdır. Fəqət o davam etdikcə, bu nizamı sürdürə bilmək üçün mütləqə bu üç fəzilət bulunmalıdır (225, s.55).
Türk hikmətində öz yanlışlıqlarını görmə və onu aradan qaldırma önəmlidir. Türk hikməti uğurlardan özünü öyümə hissi çıxartmadığı kimi, hər məğlubiyyətə də mütləq taleyə, təsadüfə və başqa bir bəhanəyə yer vermək hissi də yoxdur. Türk hikməti taleyin, qədərin özünü dəyişməyə inanan bir fəlsəfədir. Türk hikmətində tale, Yunan hikmətində olduğu kimi fəlakətlər gətirən fatalist bir qüdrət deyildir, taleyi düzəltmək, islah etmək mümkündür. Hətta, insanların pis niyyətlərini belə yaşıya döndərmək mükündür. Bunun izləri Orhon kitabələrində, Dədə Qorqud boylarında vardır. Dəli Domrul boyunda özünü varlıqdan müstəqil hesab edən insanla, insanı özün bənzətmək istəyən varlığın müqəddər qüvvəti arasındakı bir mücadiləni təsvir edir. Dəli Domrul, qüdrət və iradəsinin qüruruyla müqəddəratı, yəni əcəli inkar edən və onun timsalı olan Əzrayılla boy ölçüşmək istəyən bir insandır. Amma Türk insanı taleyin önündə baş əyməyə məcbur olduğunu anlasa da, onun üçün müqəddərat dərhal müti və əlverişli hala gəlir.
ÜmumTürk fəlsəfəsi baxımından İslamaqədərki Türk bilgələri, ya da Türk filosofları arasında aşağıdakıları göstərə bilərik:
1. Nuh oğlu Yafəs (təxminən e.ə. 4-cü minilliyin sonları – e.ə. 3 minilliyin əvvəlləri).
2. Yafəs oğlu Türk (təxminən e.ə. 3 minillik).
3. Bilqamıs (təxminən e.ə. 3 minillik – e.ə. 2800-2500)
4. Oğuz Kağan/ Oğuz Xaqan (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin əvvəlləri).
5. Böyük Zülqərneyn (təxminən e.ə. 3-cü minilliyin sonu – 2-ci minilliyin əvvəlləri).
6. İbrahim Peyğəmbər (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri – e.ə. 1813-1638).
7. Aran (təxminən e.ə. 2-ci minilliyin əvvəlləri).
8. Yuşi Xoca (təxminən e.ə. 2-ci minillik).
9. Qara Sülük/ Ulu Turuk (təxminən e.ə. 2-ci minillik).
10. Dədə Qorqud (təxminən e.ə. 2-ci minillik).
11. Abar (e.ə. 8-7-ci əsrlər)
12. Toksar (e.ə. 7-ci əsr)
13. Anaxars (e.ə. 7-ci əsr – 6-cı əsr)
14. Qam Ata/ Qaumata (e.ə. 6-cı əsr)
15. Tomris xatun (e.ə. 5-ci əsr)
16. Nüşabə xatun (e.ə. 4-cü əsr)
17. Aran (e.ə. 3-cü əsr)
18. Mani (3-cü əsr).
19. Məzdək (təxminən 470-529-cu illər).
Nuh oğlu Yafəs və Yafəs oğlu Türk (e.ə. 4-cü minilliyin sonları – e.ə. 3 minilliyin əvvəlləri). Nuh peyğəmbərin övladlarından birinin Yafəsin/Yafətin olması ilə bağlı bilgilər vardır. Eyni zamanda Yafəsin də səkkiz oğlu olmuşdur ki, onlardan biri də Türkdür. Deməli, Yafəs Türkün, Türk də bütün türklərin, turanlıların atasıdır. Nuh peyğəmbərin oğlu Yafəsin, daha sonra da Yafəs oğlu Türkün indiki Türküstan və Azərbaycan coğrafiyasında məskunlaş¬ması və Türkün övladlarının buradan dünya¬nın dörd bir yanına dağılması da iddia olunmaqdadır. Hələ, erkən orta əsrlərdə yaşamış alpan-aran tarixçisi Moisey Kağankatlıya görə Yafəs nəslindən və Sis¬ak¬an (Sünik) soyundan olan Aranın nəsilləri Uti, Gir¬dı¬man, Tsovd və Qarqar knyazlıqlarda yaşayan xalq¬lardır (93, s.19).
9-10-cu əsrlərdə yaşamış ərəb tarixçilərindən Təbəri, Məsudi də Yafətin oğullarıından birinin Türk olduğunu, atasının məsləhəti ilə məhz onun hökmdar seçilməsini yazmışlar.
14-cü əsrdə Türk tarixçisi Fəzlullah Rəşiddədin “Cami ət-Təvarix” əsərində yazırdı ki, Nuh peyğəmbər Şərq ölkələrini, o cümlədən Türküstan və ona yaxın olan yurdları oğlu Yafəsə vermiş¬dir. Onun iddiasına görə, Yafəs də sonralar Türklərin təbrincə Olcay xan ləqəbini almışdı. Həmin əsrdə yaşamış Həmdulla Mustovfi Qəzvini də “Tarixi-Guzidə” əsərində yazır ki, Yafəs peyğəmbərin oğullarından birincisi Türk olmuşdur (197a, s.22).
17-ci əsrdə yaşamış Əbülqazi Bahadır xanın “Şəcərəyi-Türk” əsərinə görə Türk, Yafətin səkkiz oğlundan biridir və o, Türkü öz ye¬rinə seçərək digər oğullarına onu xaqan kimi tanımağa əmr etmişdir.
XIX əsrdə A.A.Bakıxanov da orta əsr tarixçiləri H. Mustovfi Qəzvini (XIII-XIV əsrlər), Murond və Xandəmirə (XV əsr) istinad edərək ya¬zır ki, Nuh peyğəmbərinin oğlu Yafəs türklərin ilk hökm¬da¬rıdır və onun böyük oğlu Türk olmuşdur: “Bütün Yafəs nəslinin qəbilələri bunun adı ilə – Türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmiş¬dir” (41, s.27). A.A.Bakıxanov hesab edir ki, xə¬zər¬lər də Türk tayfa¬sındandırlar və onun fikrinə görə, Yafəsin oğullarından olan xəzərlər Xəzər və Qara dəniz arasında məskşunlaşıblarmış [55, 29].
Etnoqraf alim Ə.K.Ələkbərova görə də, qədim dövrdə Yafəs nəslindən olan yer¬li Türk tayfaları Azərbaycanda Albaniya dövləti yaradıblar. Antik dövrdə və erkən orta əsrlərdə isə Böyük Qafqaz dağ¬la¬rını aşaraq Azərbaycana yeni-yeni Türk tayfaları axın edib¬lər (229b, s. 76). Əlabbas Müznib də “Müxtəsər ənbiya və İslam tarixi” kitabında yazır ki, Nuh peyğəmbərin övladlarından biri olan Yafəs atası tərəfindən Çin, Maçın, Tibet, Türküstan və Şərqin digər yerlərinə böyük təyin edilib. Müznibə görə Yafəsin oğlu olan Türk və Türkdən törəyənlər də Türk-Tatar xalqlarıdır (122, s.195-196).


MANŞET XƏBƏRLƏRİ