Şərqi Avropa düzənliyinin əski/kökənli yurdları...


Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Şimal Buzlu okeanı sahillərinədək Aral/Ural dağlarının qərb hissəsi boyunca intəhasız və hamar, xırda təpəlikli yüksəkliklərlə uzanan Şərqi Avropa düzənliyi minilliklər tarixində kökənli, əski Türk mənşəli etnogenetik və etnodemoqrafik coğrafi məkan hüdudları kimi tarix səhifəsinə yazılmış, milli identifikasiya dəyərlərinə malik olmaqla, həm də, maddi-mədəni və etnomənəvi irs nümunələri qorunub saxlanılmışdır.

Türkdilli qəbilə-tayfa birliklərinin Quzey yurdları sırasında Şərqi Avropa düzənliyinin Ağ/Bəyaz (Qala/Kola yarımadası) və Kara/Qara dəniz hövzələrinə bitişik olan (Aral/Ural dağlarının şimaı hissəsi) ərazilərinin məskunlaşma tarixi e.ə. VII-II minilliklər dövrünə təsadüf etməsi bir sıra tədqiqatçıların (danimarkalı yazıçı S.Qrammatik (1150-1220), Fin/Hun mənşəli milli mədəniyyət tarixçisi, paleoqraf B.P.Silversvan (1883-1934), Oulu Universitetinin professoru S.Pekka…) əsərlərində, eləcə də, Fin/Hun və Uqor/Uyğur şifahi xalq yaradıcılığı nümunələri, epos və dastanlarda (Fin/Hun eposu “Kalevala” (1935), bölgənin mədəniyyət “paytaxtları”-Narva, Kuxmo, Turku…şəhərləri haqqında salnamələr, etnomilli mərasimlər…) əks olunmuşdur.

Haşiyə. XII-XIII əsrlərin Fin/Hun memarlarının və hakimlərinin dövlət, siyasi-hərbi və iqtisadi-ticari siyasətlərinə uyğun olaraq Aura çayının mənsəbində inşa edilən Turku/Türkü şəhərinin adını İsveç kralı IX Erik “Kabı”/Kala adlandırmış (X əsrdə inşa edilmiş Qalanın şərəfinə), 1809-18912-ci illərdə isə Abo (eyni adlı çayın adına görə, isveç dilində “a”-çay, “bo”-həyat mənasındadır, “abi-həyat” anlamına uyğundur) şəhəri kimi Finlandiya Böyük Knyazlığının paytaxtı olmuş, Hun-Uyğur tayfa birliklərinin nəzrəti altındakıl Şimal ticarət yolunun məşhur qovşağı (quru və dəniz yollarının kəsişməsi baxımından) kimi Şimali Avropada şöhrət qazanmışdır. ”Turku/Türkü” etnonomi mənasına görə “Türklərin ticarət ocağı/mərkəzi” kimi toponim hüququ qazanmışdır.

ƏskiTürkdilli Saamların kökənli yaşayış məntəqəsi Tartu şəhəri ilə eyni etnomənşəli və etnomilli tarixi-coğrafi dəyərə malik olan Turku şəhəri hazırda Şimali Avropanın “Tarixi salnamə şəhəri” hesab edilir.

Çünki, e.ə. II-I minilliklərdə və eramızın I minilıiyində Şərqi Avropanın mərkəz və şimal enlikləri, İtil/Volqa və Biçənək/Peçora çayları hövzələri boyu ərazilər coğrafi məkan olaraq əski/protoTürkdilli tayfa-qəbilələrın (sonralar Hun-Uyğur-Biçənək...mənşəli etnobirliklərin əcdadları timsalında) müxtəlif etnoqruplarla ictimai-demoqrafik, dil, dini, milli-mənəvi..təməl dəyərlərinin assimlyasiyasını gücləndirmiş, hakim qəbilə-tayfa qüvvəsinə malik olduqları üçün dominant, aparıcı etnos kimi çıxış etmiş, etnodemoqrafik coğrafiyanın xeyli dərəcədə dəyilməsinə səbəb olmuşlar.

Əslən Türk mənşəli filoloq, tarixçi, Sankt-Peterburq İmperator Akademiyasının həqiqi üzvü, qədim rus dilinin və ədəbiyyatının salnamə tədqiqatçısı A.A.Şahmatov (1864-1920) Orta İtil-Volqa çayı hövzəsində Qamışlı (təbii-coğrafi relyef formasına görə bu cür adlanıb) qəzasında doğulub, hazırda bu çayın sahilində iri Qamışlı şəhəri mövcuddur. Onun elmi yaradıcılığının davamçısı olmuş Hun/Fin-Uyğur dilləri üzrə linqvist, professor G.M.Kert (1923-2009) əsərlərində qeyd etmişdir ki, Saam dili Hun/Fin-Uyğur dilləri Ailəsinə daxildir (“Saam dilinin nümunələri”, 1961; “Saam dilinin fonetika, morfologiya və sisntaksisi”, 1971...). Şərqi Avropanın Ümumi Yurd/Sırt hövzəsində, İtil/Volda çayının orta axarlarında yerləşən və əski Qamışlı nahiyəsi (çar Rusiyası dövründə Kumış qəzası) daxilindəki Qamışlı (Kamışin) şəhəri Qamışlı çayının (uzunluğu 10 km olan bu çay yayda quruyur, erkən yazda bol sulu olur) mənsəbində yerləşir, çay boyunca 16 km uzanır, sahəsi 117 kv.km, əhalisi 110 min nəfərdir. Doğu və Batı Türk dünyasının Orta enliklərinin böyük ticarət yolları üzərində yerləşən bu şəhəri 1670-ci ildə məşhur basqınçı-quldurbaşı S.F.Razin oda qalamışdır (Türk tacirlərini qarət etmək və yurdunu yağmalamaq məqsədi ilə).

“Qamışlı” orotoponimi Türk dünyası coğrafiyasında geniş yayılmış toponimdir, ilk növbədə relyef-landşaft səthinə uyğun görünüşü ifadə edir, geniş coğrafi məkanlarda rast gəlinən termindir. Belə ki, qədim Altay diyarında Abu/Ob çayının sağ qolu Böyük çaya tökülən Qamışlı çayı (uzunluğu 76 km), Qərbi Azərbaycanın Sürməli nahiyəsində Qamışlı, Vedibasar mahalında Qamışlı-Çuxur və Basarkeçər nahiyəsində Qamışlı kəndləri, Kəlbəcər rayonunda Qamışlı kəndi, çayı, Ağdaban kəndi yaxınlığında Qamışlı gölü (1400 m hündürlükdə), Lənkəran rayonunda Qamışlı çayı, Suriyada Əl-Qamışlı şəhəri, Cənubi Azərbaycanın şərqində Çaroymaq şəhəri daxilində Qamışlı kəndi, Türkiyə Cumhuriyyətinin İqdır vilayəti, Duzluca nahiyəsinin Qamışlı kəndi...bu baxımdan eyniliki təşkil edir.

İtil/Volqa hövzəsində yaranan bu toponimlərin morfogenezisi rus tarixçisi-etnoqrafı A.N.Minxin (1833-1912) “Saratov quberniyasının tarixi-coğrafi lüğəti”ndə (I cild, 1895-1902) yazdığı kimi-“...qamışlı yerlər yayda quruyan, yazda isə su altında qalan ərazilər timsalındadır...”.

Göründüyü kimi, Şərqi Avropa düzənliyi əski Türkdilli qəbilə-tayfa etnoqövmünün əski yurd yerləri olmaqla yanaşı, bu coğrafi məkana köç edən etnik qrupların da etnoassimlyasiyasında böyük rol oynamışdır. Ona görə də müasir Skandinaviya yarımadası, Ağ və Kara dənizləri, Şərqi Avropa düzənliyi...hövzəsinin etnoəhali tərkibi müxtəlif və zəngin Dil quruluşu və Ailə tərkibinə malikdir.

Şərqi Avropanın İtil/Volqa çayının şərq hissəsini geniş alçaq yüksəkli və orta yüksəklikli (60 m-dən 180 m-dək), IV dövr Abşeron çöküntüləri ilə örtülü Ümumi Yurd/Sırt relyef-landşaft örtüyü tutur. Ot bitkiləri ilə örtülü bu denudasiya mənşəli hündür ərazilər sanki təbii xalı mənzərəsi yaradır, ətraf ərazilərin güclü küləklərdən qorunması naminə təbii “qoruyucu sədd” rolunu oynayır. Aral/Ural dağ silsiləsi ilə İtil/Volqa çayı arasında şimaldan-cənuba və şərqə doğru uzanan Ümumi Yurd/Sırtlar cənubda Xəzərsahili hamar düzənliklərlə sərhədlənir.

Geniş sahə tutan bu coğrafi ərazini İtil/Volqa şayının bir çox qolları (Böyük ƏrQuz/İrqiz, Böyük Qara İman/Qaraman, Böyük Üzən/Uzen, Kiçik Üzən/Uzen...) hörümçək toru kimi şəbəkəyə alıb. Quşbaxışı görünüşü tarixi minilliklərlə ölşülən sanki köçəri Türk xalqlarının yaşıl xalı ilə örtülü gümbəzvari hörülmüş (dəvə yunundan hörülmüş keçələrlə) obalarını-yurdlarını xatırladır.

Şərqi Avropanın ən böyük çayı olan Kom/Kama çayının şimal hissəsindəki Şimal Uvalları/Yuvaları və cənubdakı Ümumi Yurd/Sırtlar coğrafi məkan kimi neolit-mezolit dövründən (e.ə.VII-IV minilliklərdə) başlayaraq protoTürkdilli etnobirliklərin ümumi tarixi-coğrafi yaşayış əraziləri olmuşdur.

Bəs bu Türk xalqlarının milli-mədəni və etnoqrafik memarlıq rəmzi olan Uvallar/Yuvalarla və Yurdlar/Yurtların etnogenetik və morfoloji baxımdan, filoloji kökünün... vəhdaniliyi nədən ibarətdir? “Uval/Yuva” termini ÜmumiTürk dillərində “oba”, “yurd yeri/ocağı” mənasında işlənildiyindən “Yurd/Sırt” sözləri ilə eyni kökə malikdir (Şimal Uvalları 600 km məsafədə (ən uca zirvəsi 293 m) Aral/Ural dağlarının şimal-şərq hissəsində enlik istiqamətində uzanır).

Skif/İskit geoloji platformasının sınma və əyilmə zonalarında yaranan Uvallar/Yuvalar və Yurd/Sırt yüksəklikləri çökmə suxurlarla örtülüdür, sovrulan, parçalanan, dağılan suxurların milyon illər ərzində toplanması və müəyyən forma kəsb etməsinin nəticəsidir, geoloji struktur baxımından yaranma mənşəyi eyni geoloji dövrü əhatə edir.

Eramızdan əvvəl VII-II minilliklər və sonrakı tarixi mərhələlərdə məskunlaşma ərazisi və coğrafi məkanı kimi protoTürk Dil qrupuna və Ailə tərkibinə mənsub çoxsaylı etnoqrupları öz ətrafında birləşdirirək minilliklər boyunca ayrı-ayrı etnik qruplara bölünərək formalaşmışdır. Soykökü eyni gen/qan daşıyıcıları olan yuxarıda adları çəkilən etnik qolların çoxsaylılığı ilk növbədə relyef və iqlim şəraitinin mürəkkəbliyi, tarixi zaman gedişatının təbəddülatı və ərazi baxımından “bütün yolların kəsişdiyi yer” dəyərini kəsb etdiyindən çoxəsrlik etnoqrafik müxtəliflik yaranmışdır.

Əsrlərin amansız baxışı və sərt siyasi-hərbi “havası”nın təsiri olsa da, soykökünün və etnomilli dəyərlər hələ də qorunub saxlanılmışdır...coğrafi yer adlarında olduğu kimi...

R.S. Qazaxstan Respublikasının gerbində əski Türk yurdlarının rəmzi kimi, gümbəzə oxşar Yurt/Yurd təsviri nəqş edilib.

R.S.S. Qərbi Azərbaycanın Sürməli nahiyəsindəki Qamışlı kəndi 1978-ci ildən sonra hay kilsəsi tərəfindən-“Tsartonk”, Basarkeçər nahiyəsinin Qamışlı kəndini 1976-cı ildən-“Torfavan”, Rusiya Federasiyasının inzibati-ərazi bölgüsünə uyğun olaraq Qamışlı qəzası-“Saratov” vilayəti, Qamışlı şəhəri isə-“Kamışin” adlanır.


MANŞET XƏBƏRLƏRİ