Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Ağsunqur Bəy
Qasıməddövlə Əbusəid Ağsunqur Bəy bin Elturqan (XI əsr-1094, Hələb) Böyük Səlcuq İmperiyası (1037-1157) sərkərdəsi və Hələb valisidi. Qasıməddövlə Ağsunqur Bəy bin Elturqan Hələb valisi olmuşdu.1087-ci ildə özünü Sultan elan etdi. Ağsunqur Bəy bin Elturqan Oğuzların Avşar boyuna mənsub Elturqan Bəyin oğludur.Sultan Məlikşahın (1072-1092) ölümü ilə Börküyarıqla Tutuşun müharibəsində Ağsunqur bəy özünün Avşar boyu ilə Börküyarığın yanına keçir və bir savaşda Tutuş tərəfindən öldürülür. Ağsunqur Bəyin ölümündən sonra İraq Səlcuqlu Sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu olacaq Zəngini Ağsunqur Bəy bin Elturqanın oğlunu Mosul valisi təyin edir. Bu təyin edilmədən sonra ona İmadəddin ləqəbini verir. “Zəngi” bir güclü Avşar haskimiyyəti qurur və Hələbi ələ keçirir.
Oğuz Türklərində Altın Çağ Zəngilər Dövlətinin qurucusu I İmadəddin Zəngi (1127-1146)
Suriyanın şimalı və İraqın şimalında Türkman bölgəsində yaranan Dünya tarixinə keçən dövlət Zəngilər dövlətidir.Səlibçilər və Səlib dövlətləri ilə apardığı savaşlarla öz adını yaddaşlara əbədi yazdırmışdı. Avropalılar I İmadəddin Zəngini həmçinin Zangi, Zangui, Zenki və Zanki kimi də adlandırırlar. O,Oğuz Türklərindən Avşar boyundan olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını (Mesopotomiya) idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır.
İmadəddin Zənginin atası Qasıməddövlə Əbusəid Ağsunqur bin Elturqandı
İmadəddin Zəngj uşaq ikən atası Qasımüddövlə Ağsunqur Bəy bin Elturqan öldürülmüşdür. Ağsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq,1094-cü ildə xəyanətə görə edam olunub. Atası edam olunan zaman İmadəddin təxminən 10 yaşında idi və bu hadisədən sonra o, Mosul valisi Kürbuğa tərəfindən böyüdülmüşdür. 1128-ci ildə Dəməşqin (Şam ) atabəyi olan Tuğtəkinin ölümündən sonra zəifləyən Suriya Türkmanları üçün yenidən Səlib yürüşləri təhlükə yaratmağa başladı. İmadəddin Zəngi 1127-ci ildə Mosul və 1128-ci ildə Hələbin atabəyi oldu, iki şəhəri öz hakimiyyəti altında birləşdirdi və ona və ona rəsmi olaraq Böyük Səlcuq Sultanı II Mahmud tərəfindən bu torpaqları idarə etmək üçün səlahiyyət verildi.Zəngi gənc sultanı rəqibi Abbasi Xəlifə əl-Müştərişə qarşı dəstəkləmişdi.
1130-cu ildə İmadəddin xaç yürüşlərinə qarşı Dəməşqdən olan Tacülmülk Börü ilə müttəfiq oldu, lakin bu, Zəngi tərəfindən yalnız hakimiyyət gücünü artırmaq üçün edilmiş bir strategiya idi.O,Börünün oğlunu əsir götürmüş və Həmanı almışdı. Zəngi eyni zamanda müttəfiqi tərəfindən ələ keçirilmiş qubernatoru olduğu Hümsü geri qaytarmaq üçün mühasirəyə aldı, lakin tuta bilmədi və daha sonra Börünün oğlu və Dəməşqdən olan digər məhbusların 50.000 dinar qarşılığında girovdan azad edildiyi şəhər olan Mosula qayıtdı.1127-ci ildə Mosul-Hələb Atabəyliyi yarandı. İmadəddin Zənginin atası Ağsunqur da Məlikşahın Mosul və Hələb valisi idi. 1131-ci ildə Zəngi Börüyə şərt qoydu ki, əgər Abbasi Xəlifə əl-Müştərşidi xilas etmək üçün Dəməşqə qaçan İraqdakı əl-Hillə əmiri Dubais ibn Sədəqəni ona təhvil versə, 50.000 dinarı qaytaracaq. Abbasi xilafətindən bir elçi Dubaisi geri qaytarmaq üçün gələndə Zəngi ona hücum etdi və adamlarının bir qismini öldürdü. Beləliklə, elçi Bağdada Dubaissiz qayıtdı.
II Mahmud 1131-ci ildə varislik hüququ üçün müharibə başlatdı. İraqdakı Səlcuq şahzadələri bir-biri ilə savaşdıqları zaman Zəngi Bağdad üzərinə yürüş etdi və onu da öz hakimiyyəti altına aldı. Lakin daha sonra xəlifə qoşunları tərəfindən məğlub edildi və yalnız Səlahəddinin gələcək atası,Tikrit valisi Nəcməddin Əyyubinin köməyi ilə xilas oldu.Bir neçə il sonra Nəcməddin Əyyubi Zəngi ordusunda yüksək bir mövqe ilə mükafatlandırılacaq və bu,sonralar Səlahəddinin böyük naliyyətlərinin olmasına yol açacaqdı.1134-cü ildə İmadəddin Zəngi əmir Timurdaşla (Elqazi oğlu) Artuqluların işlərinə qarışmaq üçün Timurdaşın əmisi oğlu Davuda qarşı müttəfiq oldu. Atuklu Bəylyi Mardin,Diyarbakır,Harput və Həsənkeyf tərəflərdə 1102-1409 illər arasında hökm sürmüş bir Anadolu Türk bəyliklərindən biri idi. I İmadəddin Zənginin əsas istəkləri isə cənubda-Şamda idi. 1135-ci ildə atası Börüyə qalib gələrək Dəməşq əmiri olmağa müvəffəq olmuş və Türkmanlar tərəfindən qəddar, zalım hesab edilən İsmayıl Zəngidən kömək istədi.Sülhü bərpa etmək üçün İsmayıl şəhəri Zəngiyə təslim etmək istədi.İsmayılın həm ailəsi,həm də müşavirləri bunu istəmədilər və daha sonra o,şəhərin Zənginin əlinə keçməsinin qarşısını almaq istəyən anası Zümrüd tərəfindən öldürüldü. İsmayılın yerinə hakimiyyətə qardaşı Şihabəddin Mahmud gəldi.
Zəngi bu dövrdə hadisələrin gedişinə görə ruhdan düşmədi və yenə də ələ keçirmək niyyəti ilə Dəməşqə gəldi. Mühasirə bir müddət Zənginin heç bir uğuru olmadan davam etdi.Beləliklə,bir barışıq əldə edildi və Şihabəddinin qardaşı Bəhram şah girov olaraq verildi. Eyni zamanda mühasirə xəbəri həm xəlifəyə,həm də Bağdada çatdı və Zənginin Dəməşqdən çıxması və İraqda hakimiyyəti ələ alması barədə əmr ilə bir elçi göndərildi. Elçi rədd edildi, amma buna baxmayaraq Zəngi Şihabəddinlə barışıq şərtlərinə görə mühasirədən imtina etdi.Hələbə geri dönərkən Zəngi Hüms şəhərini mühasirəyə aldı və buna cavab olaraq Şihabəddin şəhərin kömək çağırışına cavab verdi və Müinəddin Unuru şəhəri idarə etmək üçün göndərdi.
Avropanın birləşmiş orduları Səlibçilər və Bizansla savaş
1137-ci ildə I İmadəddin Zəngi yenidən Hümsü mühasirəyə aldı,lakin Müinəddin şəhəri uğurla müdafiə etdi.Buna cavab olaraq Dəməşq şəhəri Yerusəlim Krallığı (Birinci Səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət) ilə müttəfiq oldu. I İmadəddin Zəngi yürüş edərək səlibçilərin Baarindəki qalasını mühasirəyə aldı və tezliklə özünün ordusundan dəfələrlə çox olan Qüds ordusunu meydan müharibəsində sürətlə darmadağın etdi.Yerusəlim kralı Fulk təslim olmağa razı oldu və ona mərhəmət göstərilərək sağ qalan qoşunları ilə qaçmağa icazə verildi. Dəməşqə qarşı yeni hərbi əməliyyatların uğursuz olduğunu başa düşən Zəngi Bizans İmperatoru II İoann Komninin göndərdiyi ordu ilə Hələbdə savaşmaq üçün tez bir zamanda Şihabəddinlə barışdı.İmperator isə bu dövrdə Antioxya Knyazlığını (1098-1268) hakimiyyəti altına almış, Edessa qraflığı (1098-1150) hökmdarı II Yoskelin və Antioxya hökmdarı Raymund ilə müttəfiqlik yaratdı.Birləşmiş Bizans-Səlibçilər təhlükəsi ilə qarşılaşan Zəngi qüvvələrini səfərbər etdi və həmçinin digər müsəlman liderlərindən də kömək istədi.1138-ci ilin aprelində Bizans İmperatoru səlib dövlətlərinin birləşmiş qoşunları Şayzarı mühasirəyə aldı,lakin bir ay sonra Zənginin ordusu tərəfindən bu nəhəng birləşmiş ordu məğlub edilib geri qaytarıldı.
1138-ci ilin mayında Zəngi Dəməşqlə razılığa gəldi.O, oğlu İsmayılı öldürən Zümrüdlə evləndi və Hümsü cehiz olaraq qəbul etdi. 1139-cu ilin iyulunda Zümrüdün sağ qalmış tək oğlu Şihabəddin öldürüldü və Zəngi Dəməşqi ələ keçirmək üçün şəhərə yürüş etdi. Dəməşqlilər Şihabəddinin xələfi olan Cəmaləddinin köməkçisi Müinəddin Unur ətrafında birləşdi və Zəngiyə qarşı Yerusəlim Krallığı (1099-1291) ilə müttəfiqlik sazişi bağladılar.Zəngi Cəmaləddinin əvvəlki mülkü olan Bəəlbəki də mühasirəyə almışdı və buranın müdafiəsinə də,həmçinin Müinəddin cavabdeh idi.Zəngi təhlükəsiz keçid vədi qarşılığında geri çəkildi,amma bu onun əsas istəyi deyildi.O,ərazini Bəəlbəki müavini-Səlahəddinin atası Nəcməddin Əyyubiyə verdi. Zəngi Dəməşqin mühasirəsini tərk etdikdən sonra Cəmaləddin ağır xəstəlikdən öldü və onun yerinə oğlu Müjirəddin gəldi, Müinəddin isə yenə də hökmdarın əsas köməkçisi olaraq qaldı.
Müinəddin Zəngiyə qarşı qarşılıqlı müdafiə üçün Yerusəlim ilə yeni sülh müqaviləsi imzaladı. Müinəddin və səlibçilər 1140-cı ildə Banyası mühasirəyə almaq üçün bir araya gəldikdə Zəngi bir daha Dəməşqi mühasirəyə aldı, ancaq tezliklə tərk etdi. Səlibçilər, Dəməşq və Zəngi arasında növbəti bir neçə il ərzində heç bir güclü qarşıdurma olmadı, ancaq Zəngi bu vaxt Şimala yürüş etdi.Bu vaxt o, Aşili və ermənilərə mənsub Hizanı ələ keçirdi.1144-cü ildə Zəngi ən zəif və ən az latınlaşmış səlibçi dövlət olan Edessanı mühasirəyə aldı və dörd aylıq mühasirşdən sonra 24 dekabr 1144-cü ildə də ələ keçirdi. Daha sonra Urfanı zəbt edərək Edessa qraflığını aradan qaldırdı. Edessa qraflığından sonra Zəngi qısa zamanda Cizrə,Nisaybin,Sincar və Harranı aldı.Bu hadisə İkinci Səlib yürüşünə səbəb olmuşdur və sonradan müsəlman səlnaməçiləri bunu Səlib yürüşü dövlətlərinə qarşı cihadln başlanğıcı kimi qeyd etmişlər.
Zəngi 1145-ci ildə Dəməşqi ələ keçirmək cəhdlərini davam etdirdi, lakin 1146-cı ilin 14 sentyabrında atabəy sərxoş olarkən onun qədəhindən içki içdiyi üçün əslən Frank olanYarankaş adlı bir qulu ölümlə təhdid edildiyinə hörə həmin qul tərəfindən öldürülmüşdü. Onu xələfləri Mosulda I Seyfəddin Qazi, Hələbdə isə Nurəddin Mahmud Zəngi olmuşdur.
Səlibçi əfsanələrinə görə Zənginin anası avstriyalı İda (Avstriya hökmdarı III Leopoldun anası) idi və guya 1101-ci ildəki Səlib yürüşü zamanı tutulmuş,hərəmxanaya salınmışdı. İda 1101-ci ildə 46 yaşında idi, Zəngi 1085-ci ildə anadan olub və atası isə 1094-cü ildə vəfat edib ki, bu da fərziyənin ağla batan olmadığınl göstərir.
Zəngi öz dövrünün bütün müsəlman səlnamələrinə görə cəsarətli, yüksək liderlik qalibiyyətinə malik çox bacarıqlı döyüşçü idi.
1187-ci idə Yerusəlimdə Səlahəddinin etdiyindən fərqli olaraq Zəngi Bəəlbəkdəki səlibçi işğalından azad edərkən əsirlərini qorumaq barədə verdiyi vədə əməl etmədi. İbn əl-Ədim deyir ki;”Zəngi qala əhlinə çoxlu vədlər vermiş və Qurana and içmişdi. Halbuki qaladan insanlar endikdən sonra o,xəyanət etdi hökmdarın dərisini soydurdu və qalanlarını isə asmağı əmr etdi.
Ardı var.