İnam Atanın (Asif Ata) təbiətlə bağlı görüşləri



İşıqlı Atalı

İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) bağlı görüşləri İnsanın Mütləq imkanlarına inamından yaranır. Atanın Əsərlərində Doğanın mahiyyəti açılır, İnsan-Doğa ilişgiləri İnsanlığın ölçüsündə təhlil olunur, Doğanın yaşaması, əbədiliyi üçün İnsanın Mütləqə İnam Dünyabaxışı əsasında var olmasının, Doğayla doğmalaşmasının qaçılmazlığı, gərəkliyi (zəruriliyi) əsaslandırılır. “Türküstan”ın oxucularına təqdim olunan Ata fikirləri 40 il öncə yazılıb (1984), “Mütləqləşmək – Var olmaq” Bitiqindəndir.

***

(əvvəli BU LİNKDƏ)

Elmi İdrak Dağda Mütləqi görmür. Dəniz öz gerçəkliyinə bərabər olur. Elmi İdrak Dənizdə Mütləqi görmür. Günəş öz gerçəkliyinə bərabər olur. Elmi İdrak Günəşdə Mütləqi görmür. Səma öz gerçəkliyinə bərabər olur.

Elmi idrak Səmada Mütləqi görmür. Səhər öz gerçəkliyinə bərabər olur. Elmi İdrak Səhərdə Mütləqi görmür. Gecə öz gerçəkliyinə bərabər olur.

Elmi İdrak Gecədə Mütləqi görmür. Torpaq öz gerçəkliyinə bərabər olur. Elmi İdrak Torpaqda Mütləqi görmür. Meşə öz gerçəkliyinə bərabər olur.

Elmi İdrak Meşədə Mütləqi görmür.

Təzahürdə Təbiət dəyişkənliyə bərabər olur, sabitliyə bərabər olmur.

Bu səbəbdən də Özünə bərabər olmur.

Dağda dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Dağı görmürlər.

Dənizdə dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Dənizi görmürlər.

Günəşdə dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Günəşi görmürlər.

Səmada dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Səmanı görmürlər.

Səhərdə dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Səhəri görmürlər.

Gecədə dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Gecəni görmürlər.

Torpaqda dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Torpağı görmürlər.

Meşədə dəyişkənliyi görürlər, əbədiliyi görmürlər. Bu səbəbdən də Meşəni görmürlər.

Gerçəklikdə təbiət ziddiyyətə bərabər olur.

Bu səbəbdən də Özünə çatmır. Dağda ziddiyyət görürlər.

Bu səbəbdən də dağı görmürlər.

Dənizdə ziddiyyət görürlər.

Bu səbəbdən də dənizi görmürlər.

Günəşdə ziddiyyət görürlər.

Bu səbəbdən də günəşi görmürlər.

Səmada ziddiyyət görürlər.

Bu səbəbdən də səmanı görmürlər.

Səhərdə ziddiyyət görürlər.

Bu səbəbdən də səhəri görmürlər.

Gecədə ziddiyyət görürlər.

Bu səbəbdən də gecəni görmürlər.

Torpaqda ziddiyyət görürlər.

Bu səbəbdən də torpağı görmürlər.

Meşədə ziddiyyət görürlər.

Bu səbəbdən də meşəni görmürlər.

Gerçəklikdə təbiət qeyri-kamilə bərabər olur.

Bu səbəbdən də özünə çatmır. Dağda qeyri-kamillik görürlər və Dağı Kamil Mahiyyətindən ayırırlar.

Dənizdə qeyri-kamillik görürlər və Dənizi Kamil Mahiyyətindən ayırırlar.

Günəşdə qeyri-kamillik görürlər və Günəşi Kamil Mahiyyətindən ayırırlar. Səmada qeyri-kamillik görürlər və Səmanı Kamil Mahiyyətindən ayırırlar. Səhərdə qeyri-kamillik görürlər və Səhəri Kamil Mahiyyətindən ayırırlar.

Gecədə qeyri-kamillik görürlər və Gecəni Kamil Mahiyyətindən ayırırlar. Torpaqda qeyri-kamillik görürlər və Torpağı Kamil Mahiyyətindən ayırırlar. Meşədə qeyri-kamillik görürlər və Meşəni Kamil Mahiyyətindən ayırırlar. Gerçəklikdə təbiət ölümlüyə bərabər olur. Bu səbəbdən də özünə çatmır.

Dağda ölüm görürlər və dağı ölümsüz mahiyyətindən məhrum edirlər.

Dənizdə ölüm görürlər və dənizi ölümsüz mahiyyətindən məhrum edirlər.

Günəşdə ölüm görürlər və günəşi ölümsüz mahiyyətindən məhrum edirlər.

Səmada ölüm görürlər və səmanı ölümsüz mahiyyətindən məhrum edirlər.

Səhərdə ölüm görürlər və səhəri ölümsüz mahiyyətindən məhrum edirlər.

Gecədə ölüm görürlər və gecəni ölümsüz mahiyyətindən məhrum edirlər.

Torpaqda ölüm görürlər və torpağı ölümsüz mahiyyətindən məhrum edirlər.

Meşədə ölüm görürlər və meşəni ölümsüz mahiyyətindən məhrum edirlər. Gerçəklikdə təbiət keçiciyə, sonluya bərabər olur. Bu səbəbdən də özünə çatmır.

Dağda keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər. Dənizdə keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər. Günəşdə keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər. Səmada keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər. Səhərdə keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər. Gecədə keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər.

Torpaqda keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər.

Meşədə keçicilik görürlər – sonsuz Mahiyyət görmürlər.

Elmi İdrakda Təbiət nisbiləşir.

Mütləq Təbiət

Ruhani İdrakda Təbiət – Mahiyyətinə çatır. Bu cəhətdən də Mütləqə çatır.

Dağ – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Dəniz – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Səma – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Günəş – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Səhər – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir! Gecə – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Torpaq – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir!

Meşə – Mütləqdir, çünki Mütləq Mahiyyətlidir! Ruhani İdrakda – Təbiət öz Mahiyyətinə çatır.

Bu səbəbdən də Ruhaniliyə çatır.

Dağ – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Dəniz – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Səma – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Günəş – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Səhər – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Gecə – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Torpaq – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Meşə – ruhanidir, çünki ruhani Mahiyyətlidir!

Ruhani İdrakda Təbiət Əbədiliyə çatır.

Dağ – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Dəniz – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Səma – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Günəş – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Səhər – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Gecə – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Torpaq – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Meşə – əbədidir, çünki əbədi Mahiyyətə malikdir.

Mütləq Həqiqət Təbiəti Kamil sayır.

Dağ – kamildir, çünki kamil Mahiyyətlidir.

Dəniz – kamildir, çünki kamil Mahiyyətlidir.

Səma – kamildir, çünki kamil Mahiyyətlidir.

Günəş – kamildir, çünki kamil Mahiyyətlidir.

Səhər – kamildir, çünki kamil Mahiyyətlidir.

Gecə – kamildir, çünki kamil Mahiyyətlidir.

Torpaq – kamildir, çünki kamil Mahiyyətlidir.

Meşə – kamildir, çünki kamil Mahiyyətlidir. Ruhani İdrakda Təbiət sonsuzluğa çatır.

Dağ – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Dəniz – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.

Səma – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.

Günəş – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Səhər – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Gecə – sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Torpaq sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir. Meşə sonsuzdur, çünki sonsuz Mahiyyətə malikdir.

Ruhani İdrakda Təbiət ölümsüzlüyə çatır.

Dağ – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Dəniz – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Səma – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Günəş – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Səhər – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir. Gecə – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.

Torpaq – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.

Meşə – ölümsüzdür, çünki ölümsüz Mahiyyətə malikdir.

Ruhani İdrakda Təbiət Bütövlüyə çatır. Dağ – Bütövdür, çünki bütöv Mahiyyətlidir.

Dəniz – Bütövdür, çünki bütöv Mahiyyətlidir.

Səma – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Günəş – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Səhər – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Gecə – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Torpaq – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Meşə – Bütövdür, çünki bütöv Mahiyyətlidir. Mütləq Həqiqət nisbi Təbiət tanımır.

Mütləq olmayan Dağ tanımır. Mütləq olmayan Dəniz tanımır. Mütləq olmayan Səma tanımır.

Mütləq olmayan Günəş tanımır. Mütləq olmayan Səhər tanımır. Mütləq olmayan Gecə tanımır. Mütləq olmayan Torpaq tanımır. Mütləq olmayan Meşə tanımır.

Mütləq Həqiqət qeyri-ruhani Təbiət tanımır.

Qeyri-ruhani Dağ tanımır. Qeyri-ruhani Dəniz tanımır. Qeyri-ruhani Səma tanımır. Qeyri-ruhani Günəş tanımır. Qeyri-ruhani Səhər tanımır. Qeyri-ruhani Torpaq tanımır. Qeyri-ruhani Meşə tanımır.

Mütləq Həqiqət – ölümlü Təbiət tanımır.

Ölümlü Dağ tanımır. Ölümlü Dəniz tanımır. Ölümlü Səma tanımır. Ölümlü Günəş tanımır. Ölümlü Səhər tanımır. Ölümlü Gecə tanımır.

Ölümlü Torpaq tanımır. Ölümlü Meşə tanımır.

Mütləq Həqiqət – qeyri-kamil Təbiət tanımır.

Qeyri-kamil Dağ tanımır. Qeyri-kamil Dəniz tanımır.

Qeyri-kamil Səma tanımır. Qeyri-kamil Günəş tanımır. Qeyri-kamil Səhər tanımır. Qeyri-kamil Gecə tanımır. Qeyri-kamil Torpaq tanımır. Qeyri-kamil Meşə tanımır.

Mütləq Həqiqət – Sonlu Təbiət tanımır.

Sonlu Dağ tanımır. Sonlu Dəniz tanımır. Sonlu Səma tanımır. Sonlu Günəş tanımır. Sonlu Səhər tanımır. Sonlu Gecə tanımır. Sonlu Torpaq tanımır. Sonlu Meşə tanımır.

Mütləq Həqiqət – ziddiyyətli Təbiət tanımır.

Ziddiyyətli Dağ tanımır. Ziddiyyətli Dəniz tanımır. Ziddiyyətli Səma tanımır. Ziddiyyətli Günəş tanımır. Ziddiyyətli Səhər tanımır. Ziddiyyətli Gecə tanımır.

Ziddiyyətli Torpaq tanımır. Ziddiyyətli Meşə tanımır.

Mütləq Həqiqətdə Təbiət Mütləqləşir. Gerçəklikdən artıq olur. Gerçəklikdən böyük olur. Gerçəklikdən yüksək olur.


MANŞET XƏBƏRLƏRİ