İnam Atanın (Asif Ata) təbiətlə bağlı görüşləri



İşıqlı Atalı

İnam Atanın (Asif Atanın) Doğa ilə (Təbiətlə) bağlı görüşləri İnsanın Mütləq imkanlarına inamından yaranır. Atanın Əsərlərində Doğanın mahiyyəti açılır, İnsan-Doğa ilişgiləri İnsanlığın ölçüsündə təhlil olunur, Doğanın yaşaması, əbədiliyi üçün İnsanın Mütləqə İnam Dünyabaxışı əsasında var olmasının, Doğayla doğmalaşmasının qaçılmazlığı, gərəkliyi (zəruriliyi) əsaslandırılır. “Türküstan”ın oxucularına təqdim olunan Ata fikirləri 40 il öncə yazılıb (1984), “Mütləqləşmək – Var olmaq” Bitiqindəndir.

***

(əvvəli BU LİNKDƏ)

Qış – insaniləşib!

Yay yoxdur: İnsan ömrünün qızğın çağı var.

Yay – insaniləşib!

Payız yoxdur: İnsanın cavanlığıyla ayrılmaq mərasimi var.

Payız – insaniləşib!

İnsan təbiətdə özünü tapanda – təbiət insaniləşir. İnsan təbiətə qovuşanda – təbiət insaniləşir.

İnsaniləşmə – təbiətin özümlüyünü, müstəqilliyini ləğv etmir.

Həmin müstəqillik, özünəməxsusluq yeni məna kəsb edir. İnsaniləşən təbiət özünü yeni səviyyədə təsdiq edir.

İnsaniləşən təbiət – ruhaniləşir.

Təbiəti insaniləşdirən İnsan özüylə təbiət arasındakı yadlığı aradan qaldırır.

İnsaniləşən – doğmalaşır.

İnsan yad dünyada yaşaya bilməz!

Təbiəti özümləşdirməklə o, özünün daxili, ruhani ehtiyacını ödəyir.

Özümləşdirmənin gerçəklik səviyyəsində təbiət yalnız nisbi mənada insaniləşir.

Günəş – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Səma – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Dəniz – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Dağ – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Çiçək – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Yol – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Çöl – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Bulaq – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Bahar – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Səhər – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Qürub çağı – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Gecə – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Meşə – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Qış – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Yay – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Payız – İnsani Mahiyyətin təzahürü kimi də sevilir, maddi faydalanma vasitəsi kimi də.

Əslində gerçəklikdə ümumi hal kimi maddi faydalanma məziyyəti ruhani məziyyətdən daha çox sevilir, daha yüksək qiymətləndirilir.

Yalnız Özümləşmənin Mütləq səviyyəsində təbiət tam insaniləşir.

Ancaq həmin səviyyə – insanın cismani imkanlarından kə- nardadır.

Bu baxımdan, Təbiəti Mütləq mənada İnsaniləşdirməyə can atan İnsan öz arzusuna heç vaxt tam çatmır.

Qəribə vəziyyət yaranır.

Təbiəti tam İnsaniləşdirmək üçün insan öz cismaniliyindən əl çəkməlidir.

Bu, insanın ölümü deməkdir.

Yaşayan insan – Təbiətin Mütləq İnsaniləşməsinə can atır – onun nisbi insaniləşməsinə nail olur.

Təbiətləşən İnsan

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Günəşə Eşq yaranır – Günəşləşirsən!

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Səmaya Eşq yaranır – Səmaviləşirsən!

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Dağa Eşq yaranır – Dağa çevrilirsən!

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Dənizə Eşq yaranır – Dənizləşirsən!

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Yollara Eşq yaranır – Yollara çevrilirsən!

Özünə sığmırsan, özündə qala bilmirsən, özündən kənara çıxırsan, qəlbində Bahara Eşq yaranır – Baharlaşırsan!

Eşq səni Təbiətə qovuşdurur, Təbiətlə bir olursan,

Təbiətləşirsən!

Anlayırsan ki, Mahiyyətin cismindən artıqdır, ömründən artıqdır, həyatından artıqdır.

Bu səbəbdən də ömrün, həyatın, cismaniliyin günəşlənir, səmaviləşir, dağlaşır, dənizləşir, yollaşır, baharlaşır.

Anlayırsan ki, İnsan elə təbiət demək imiş.

Günəş demək imiş! Səma demək imiş! Dağ demək imiş!

Dəniz demək imiş! Yol demək imiş!

Bahar demək imiş!

Çünki təbiət maddiyyat çərçivəsinə sığmır, ruhanilik zirvəsinə ucalır.

Buna görə də o, insanı çağırır, cəlb edir, cəzb edir!

Buna görə də insan təbiətləşir – Mahiyyətinə doğma olan varlıqla birləşir.

Məlum olur ki, Günəşdə ruhanilik var.

Səmada ruhanilik var. Dənizdə ruhanilik var. Dağda ruhanilik var. Yolda ruhanilik var.

Baharda Ruhanilik var.

Eşq Təbiətdə, Maddidə – Təbiətdən, Maddidən hədsiz dərəcə artıq, böyük, yüksək olan Məna görür, həmin Mənaya qovuşur, həmin Mənaya çevrilir.

İnsan anlayır ki, əslində o, məkanda yaşamır; Günəşdə yaşayır.

Səmada yaşayır. Dənizdə yaşayır. Dağda yaşayır. Yolda yaşayır.

Baharda yaşayır.

İnsan anlayır ki, əslində o, zamanda yaşamır, Günəşdə yaşayır, Səmada yaşayır, Dənizdə yaşayır, Dağda yaşayır, Yolda yaşayır, Baharda yaşayır.

Bu səbəbdən də ölməzdir.

Gerçəklikdə İnsan nisbi mənada təbiətləşir.

Mütləq Təbiətləşmək – Mütləqləşmək tələb edir.

Həqiqətsizləşən Təbiət

Dağ yoxdur: gilləşən, daşlaşan, binalaşan, ləvazimatlaşan maddi vasitə var.

Çay yoxdur: dəyirmanlaşan, stansiyalaşan, bağlaşan, bostan- laşan, çimərlikləşən maddi vasitə var.

Səma yoxdur: nəqliyyatlaşan, ram edilən maddi vasitə var.

Günəş yoxdur: bədəni isidən maddi vasitə var.

Dəniz yoxdur: neftləşən, benzinləşən, balıqlaşan maddi vasitə var.

Torpaq yoxdur: ərzaqlaşan, sərvətləşən maddi vasitə var.

Meşə yoxdur: odunlaşan, imarətləşən, avadanlığa çevrilən maddi vasitə var.

Yol yoxdur: maşınlaşan, arabalaşan, yerişləşən maddi vasitə var.

Çöl yoxdur: zəmiləşən, tarlalaşan maddi vasitə var.

Səhər yoxdur: fayda başlanğıcı var.

Gecə yoxdur: yuxu məqamı var.

Bahar yoxdur: meyvələrin ömrü başlayır.

Yay yoxdur: meyvələrin dəyməsi var. Payız yoxdur: maddiyyat bolluğu var. Qış yoxdur: şaxta əzabı var.

Təcrübi idrakın gördüyü Dağ – həqiqi Dağ deyil, faydalı Dağdır.

Bu səbəbdən də özünə bənzəmir. Mahiyyət baxımından özünə ziddir.

Çünki təbiətin Mahiyyəti Mütləqdir, Ruhanidir, İnsanidir.

Faydalı İdrakda Təbiət Mahiyyətini itirir.

Təcrübi İdrakın gördüyü Çay – həqiqi Çay deyil, faydalı Çaydır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Səma – həqiqi Səma deyil, faydalı Səmadır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Günəş – həqiqi Günəş deyil, faydalı Günəşdir.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Dəniz – həqiqi Dəniz deyil, faydalı Dənizdir.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Torpaq – həqiqi Torpaq deyil, faydalı Torpaqdır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Meşə – həqiqi Meşə deyil, faydalı Meşədir.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Yol – həqiqi Yol deyil, faydalı Yoldur.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Çöl – həqiqi Çöl deyil, faydalı Çöldür.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Səhər – həqiqi Səhər deyil, faydalı Səhərdir.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Gecə – həqiqi Gecə deyil, faydalı Gecədir.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Bahar – həqiqi Bahar deyil, faydalı Bahardır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Yay – həqiqi Yay deyil, faydalı Yaydır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Payız – həqiqi Payız deyil, faydalı Payızdır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakın gördüyü Qış – həqiqi Qış deyil, faydalı Qışdır.

Bu səbəbdən də özünə bənzəmir.

Mahiyyət baxımından özünə ziddir.

Təcrübi İdrakda Dağ – həqiqətsizləşir, Vüqarını itirir.

Çay – həqiqətsizləşir, axarını itirir. Səma – həqiqətsizləşir, ülviyyətini itirir. Günəş – həqiqətsizləşir, şəfqətini itirir. Dəniz – həqiqətsizləşir, əzəmətini itirir.

Torpaq – həqiqətsizləşir, müqəddəsliyini itirir.

Meşə – həqiqətsizləşir, sehrini itirir.

Yol – həqiqətsizləşir, sonsuzluğunu itirir.

Çöl – həqiqətsizləşir, cəzbini itirir. Səhər – həqiqətsizləşir, ilkinliyini itirir. Gecə – həqiqətsizləşir, – sirrini itirir.

Bahar – həqiqətsizləşir, – təravətini itirir.

Yay – həqiqətsizləşir, – İşığını itirir.

Payız – həqiqətsizləşir, – Kədərini itirir.

Qış – həqiqətsizləşir, – Paklığını itirir.

Təcrübi İdrak – təbiəti itirir.

Nisbiləşən Təbiət

Elmi İdrak təbiətdə təbiiliyi görür, Ruhaniliyi, İnsaniliyi, Mütləqi görmür.

Elmi İdrakda təbiət öz gerçəkliyinə, təzahürünə bərabər olur, bu səbəbdən də özünə bərabər olmur.

Dağ öz gerçəkliyinə bərabər olur, bu səbəbdən də Mahiyyətinə çatmır.

(ardı var)


MANŞET XƏBƏRLƏRİ