Ekvadorda 6,7 bal gücündə zəlzələ olub.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. /modern.az/