Qənirə Paşayeva Vətən Müharibəsi şəhidlərinin anaları ilə görüşüb - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsi şəhidlərinin anaları ilə görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz Bayramı ərəfəsində Vətən Müharibəsinin bir qrup şəhidinin anaları ilə görüşüb.

Komitə sədri şəhidlərimizin analarının ürək sözünü, qayğılarını dinləyib, qədirbilən xalqımızın, dövlətimizin şəhid ailələrinin yanında olduğunu, həmişə də belə olacağını deyib.

Q.Paşayeva Azərbaycanın ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssasiyyətindən danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini bildirib.

O, əziz şəhid anaları ilə milli bayramımız Novruz ərəfəsində görüşün, ümumiyyətlə şəhid anaları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidlərimizin əziz ruhuna ehtiramını bildirib:

“Dəyərli bacılar, analar,

hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə şəhid anaları gəlir. Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Ulu Tanrımıza şükür olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Sizlərin qəhrəman oğullarınızın şəhadət şərbəti içdiyi torpaqlarda üçrəngli müqəddəs bayrağımız dalğalanır.

Vətən uğrunda canını qurban vermiş oğullarınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik!

Ruhları şad olsun"!



MANŞET XƏBƏRLƏRİ