Prezident Talış kəndinə növbəti köçün TARİXİNİ AÇIQLADI

Prezident Talış kəndinə növbəti köçün TARİXİNİ AÇIQLADI

“Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib”.
Turkustan.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

“Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaq. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. 
İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - dövlət başçısı vurğulayıb.



MANŞET XƏBƏRLƏRİ