Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 39 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 43 nəfər isə sağalıb. Xəstəlikdən 4 nəfər dünyasını dəyişib.