Mətanət Şəkixanova
Fəlsəfə və Sosiologiya İnstitunun aparıcı elmi işçisi
Mən özümü xoşbəxt bir insan hesab edə bilərəm, çünkü Allah mənə valideyinlərin, qohum əqrabaların ləyaqətlilərini, övladların tərbiyəlilərini bəxş etmişdir. Xoşbəxtliyimin daha diqqətəşayan tərəfi həm də ondan ibarətdir ki, mənə, gənclik illərimdə mavi röyalarımın qəhrəmanları olan fəlsəfə elmləri doktorları Zümrüd xanım Quluzadə (sonradan şöbə müdirim), Solmaz xanım Rzaquluzadə, akademiyanın müxbir üzvü professor (sonradan elmi rəhbərim) Zakir müəllim Məmmədov (Allah rəhmət eliyə), fəlsəfə elmləri doktoru, professor Yusif Rüstəmov (Allah rəhmət eləyə, ancaq yaxşı əməllərinə şahid olduq) kimi fəlsəfə camiyəsinin ən hörmətli insanları ilə birgə işləmək nəsib oldu. Mənə akademiklər Fuad Qasımzadə, Vasim Məmmədəliyev, professorlar Məmmədəli Zeynalov, Həmid İmanov, İzzət Rüstəmov kimi insanlarla da görüşmək, ünsiyyətdə olmaq, onlarla eyni təhsil ocaqlarında mühazirələr oxumaq səadəti də qismət olmuşdur. Bu mübarək insanların demək olar ki, hamısı artıq həyatda yoxdur (Allah hamısına qəni-qəni rəhmət eyləyə)...
Şansım mənə bütün ömrünü bahar enerjisi ilə yaşamış, özünü tanıyandan qələmini yerə qoymamış vətənpərvər insan Zümrüd xanım Quluzadənin şöbəsində fəaliyyətə başlamaq, xoşbəxtliyini də nəsib etmişdir...
Elmdə şəxsiyyətləri öyrənən istənilən tədqiqat işində həmin şəxsiyyəti yetişdirən zamana, formalaşdıran mühitə, bir də hansı müəllimlərin onun həyatında həll edici rol oynamasına, onun kimlərin tələbəsi olmasına mütləq yer ayrılır. Elə bir zaman gəlib hansısa tədqiqatçı bizim də əməklərimizə toxunub, sələflərimizi axtarsa, çox xöşbəxtəm ki, bu müəllimlətin başında Zümrüd xanım Quluzadə adı gələcək...
Onun onlarla mənim kimi yetirmələri var və bizlər özümüzü bu və ya digər dərəcədə onun yetirmələri hesab edir çox işlərimizdə özümüzü ona borclu bilirik. Biz həmişə ona bir dağa söykənən kimi söykəndik! Kimimizə rəhbərlik, kimimizə analıq, övladlarımıza nənəlik etmişdir. Heç bir insan ideal deyildir. Zümrüd xanım isə daima ideala çatmağa can atırdı. Mən onun, mənə fəlsəfə institutunda yaxın olan insanların, alimlərin haqqında çox yaza bilərəm. Yaxşılarımız çoxdur! Lakin bu yazını daha çox məhz Zümrüd xanıma həsr etmək, barəsində bildiklərimin bir hissəsini yazıya köçürmək istəyirəm. Bu yazını Novruz bayramında, onun anadan olduğu baharın müjdəçisi olan mart ayında yazıram... Onu da qeyd edim ki, Zümrüd xanımın barəsində bizim ailəmizdən ilk yazını 15 il bundan əvvəl qızım Xumar yazıb. Düşünürüəm ki, Xumarın yazısını olduğu kimi bu məqaləmə daxil etsəm oxucuya bir tələbəyə (hansının ki, anası o böyük alimin qayğısı altında yetişib) Zümrüd xanım şəxsiyyəti necə təsir bağışlayıb və necə görünüb maraqlı olar. Bəlkə bu kiçik məqalədə yazılanları oxuyandan sonra mənə o qədər də ehtiyac qalmayacaq .
Xumar Turan
Kimin liderlik xüsusiyyətlərini özümdə inkişaf etdirmək istərdim.
...Bir il bundan öncə Amerikada təhsil almaq üçün IREX şirkətinin keçirdiyi
UGRAD (Eeurasian Undergraduate Exchange Program) proqramı vasitəsi ilə imtahan verirdim. Proqram layihəsi bir neçə inşa yazmağı tələb edirdi. İnşalardan birinin adı belə olmalı idi: « zəhmət olmasa yaxşı lider kimi gördüyünüz insanı təsvir edin. Sizcə onu yaxşı lider edən nədir? Onun liderlik xüsusiyyətlərindən hansını özünüzdə inkişaf etdirmək istəyərdiniz?»
Mən müraciətə cavab olaraq Amerikaya aşagıdakı məzmunda inşa yazıb göndərdim…
“Fikrimcə insan həyatda kütlədən seçilmək üçün daim öz üzərində çalışmalı, hər tərəfli olmalı, bir sözlə, fərqlənməyi bacarmalıdır. Özünü fərqləndirmək üçün hər bir insanda potensial vardır. O çalışmalıdır ki, bu potensialından istifadə etsin, seçdiyi peşə və vəzifəsində fərqliliyə (yaxşı mənada), lap elə liderliyə nail olsun.
Mən ümumiyyətlə kimi isə yamsılamağı sevmirəm. Desəm ki. tanıdığımız xadimlər arasında özümü şəxsən kimə isə oxşatmaq istəyirəm bu yalan olardı. Sözün doğrusu heç vaxt özümü kimə isə bənzətmək barəsində düşünməmişəm. Hətta, həyatda müasirlərimin çoxundan fərqli olaraq heç bir məşhur müğənni və aktyora fanatlıq belə etməmişəm. Düşünmüşəm ki, insan seçdiyi sahədə daim yüksəlmək və naliyyətlər əldə etmək üçün özü olmalı və öz üzərində hər zaman çalışmalıdır. Liderliyi ələ almaq üçün isə, fikrimcə insan daim yeni və orjinal təkliflərlə çıxış etməli, bu təklifləri isə ilk növbədə şəxsi nümunəsində özü reallaşdərmalıdır. Əgər mənə kimə isə oxşamaq lazım gəlsəydi, mən həyatda xeyirxah olub öz işini mükəmməl bilən bütün insanlara bənzəmək istərdim…
Ünsiyyətdə olduğum cəmiyyətdə lider kimi gördüyüm belə xeyirxah, öz işinin ustası olan isanlardan biri fəlsəfə elmləri doktoru Zümrüd xanım Quluzadədir. Bu xanımı daha yaxından anamın vasitəsi ilə tanımışam. O, anamın çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin, yəni anamın çalışdığı şöbənin rəhbəridir. Doğrudur onu qiyabi olaraq yazdığı və şəxsi kitabxanamızda olan əsərlərinin vasitəsi ilə, hərdən də mavi ekranda çıxış edərkən görüb tanyırdım. Ancaq bu tanışlıq anamın vasitəsi ilə əyani şəkil aldı. Bu tanışlıqdan sonra əmin oldum ki, Zümrüd xanım seçib sevdiyi sahəsində, canlı əfsanədir, korifeydir, liderdir. Bu vətənpərvər və nəcib xanımın baxmayaraq ki 75 yaşı var o, durmadan çalışır və elmə yeni-yeni töhfələr bəxş edir. Bu zəhmətkeş insan bildiyim qədərincə yüzlərlə məqalənin, səkkiz əsərin müəllifidir. (Universitetdə Fəlsəfəni öyrənərkən isə «İslam fəlsəfəsinin cərəyanları» bölməsində filosof Məmməd müəllim bizə dedi ki, Azərbaycanda hurufizm fəlsəfəsini tədqiqatçı filosofumuz Zümrüd Quluzadə, panteizm fəlsəfəsini isə Solmaz Rzaquluzadə daha geniş tədqiq etmişlər.)
Zümrüd xanım həm də gənclərin elmə gəlməsinə, onların bu ağır elm sahəsində formalaşmasına böyük yardımçıdır. O, nəinki öz dissertant və aspirantlarının, eyni zamanda ona müraciət edən bütün gənclərin tədqiqat işlərinin ərsəyə gəlməsində təmənnasız hamidir. Onun neçə-neçə aspirantları və dissertantları var. Bildiyimə dörə cəmiyyətdə elə bir proses olmur ki, Zümrüd xanım bir vətənpərvər kimi ona reaksiya verməsin. Onun bütün bu fəaliyyətlərini nəzərə alan Amerikanın «Bioqrafiya İnstitutu» ona ilin qadını adını vermişdi. Şöbə bu adın verilməsini İnstitut səviyyəsində qeyd edərkən xoşbəxtlikdən həmin tədbirdə mən də iştirak edirdim. Həmin günü yəqin ki, ömrümün sonuna kimi unutmayacağam. Amma ən maraqlısı bundan sonra yazacaqlarımdır. Zümrüd xanımı tanımayaraq, bunları oxuyanlar fikirləşə bilər ki, bütün bu müvəffəqiyyətlərin sahibi, cəmiyyətdə belə əhəmiyyətli rolu olan şəxs hər halda özündən razı olar. Amma onu yaxından tanıyanlar bunun tam əksini müşahidə edirlər. Aydınlıq üçün deyim ki. onun şöbəsində 30-dan çox işçi çalışır. O isə bu işçilərin rəhbəri, müdüri olmaqdan daha çox anasıdır. O nəinki işçilərinin, onların ailə üzvülərinin problemləri ilə də maraqlanır və böyük qayğı ilə həll etməyə çalışır. Ehtiyacı olanlara yardım etmək onun həyat qayəsidir. Heç kimi diqqət mərkəzindən qaçırmayan Zümrüd xanımın nəcib xüsusiyyətlərindən biri də onun özündən yaşca kiçik olan hər bir kəsi özü səviyyəsində tutmasıdır (onun bu məziyyətlərini anamdan öyrənmişəm). Əksər xüsusiyyətlərinin şəxsən şahidi olmuşam. Akademiyaya yolumun düşdüyü hər səfərində, məni öz doğması kimi qarşılayır, dərslərimin vəziyyəti ilə, hər hansı problemim olub olmaması ilə maraqlanır, ona ehtiyacım olub olmadığını öyrənməyə çalışır. Bilirəm ki, zəhmətlərinə qarşılıq gözləmədən gənc tədqiqatçıların tədqiqat işlərini oxuyub faydalı məsləhətlərini verir. Zümrüd xanım çox zaman imkansızlara bu işləri çap etdirmək üçün müxtəlif imkanlar yaratmaqla, bəzən hətta pul belə verir. Onun tanındığı aləmdə Zümrüd xanım mifi hökm sürür. Belə ki, onun şöbəsində şəxsən onun nəzarəti ilə hazırlanan elimi tədqiqat işlərinin daha yuxarı instansiyalarda geniş təhlil edilməsinə ehtiyacı duyulmur. Çünkü onu tanıyanlar bu işlərin hansı məsuliyyətli rəhbərin nəzarəti altında ərsəyə gəldiyini bilirlər. Zümrüd Quluzadə layiqsiz işi heç bir vəchlə irəli buraxmaz. Beləliklə onunla elmi kontakda olanların, həqiqi alim adı almağa çalışanların bir şansı da bundadır. Daim yeniliklər axtarışında olan Zümrüd xanım əsl, hərtərəfli liderdir. Odur ki, onun həddindən çox işgüzarlığını, xeyirxah cəhətlərini özümdə inkişaf etdirmək istərdim. ..”
Məqaləni zamənəmizin aparıcı əcnəbi dillərindən biri olan ingilis dilinə tərcümə etməmim səbəbi isə ondan ibarətdir ki, toplunu əlinə alan əcnəbi, bir tələbənin görüb, anlayacağı tərzdə Zümrüd xanım fenomeni ilə tanış olmuş olsun.
Whose leadership features I would like to develop in myself
A year ago I took an examination with the help of UGRAD program which the IREX company prepared in order to study in America. At the project of the program there is asked to write some compositions. On of their name was : « Please describe someone that you look up to as a good leader. What is one of his/her leadership traits that you would like to develop in yourself» As an answer to the appeal I write a composition with the following content…
To my opinion if a person wants to be different from the mass of population he must continually work with diligence, be comprehensive, in general he/she must be able to be different. Every person has special potential to make him/herself different. A person must try to utilize abilities in order to be different and to be a leader too at a chosen profession
On wholly I don't like to resemble somebody in myself. If I say I want to make myself alike somebody from the political sphere or show business sphere it would be a lie. Even I don't worship any nowadays' actor or singer. I think if somebody wants to gain some achievements in this life he/she must be as him/herself and continually work at himself. In order to take the leadership into own hands a person must always find and offer new projects and ideas by him/herself.
If there would be any need to look up to as a good leader, to make myself alike him/her I would like to chose well-wished people, knowing their jobs perfectly.
One of the kind, hard-working persons which I know from the society that I intercourse with is Zumrud Guluzade – the doctor of philosophy. I know this woman closely, by means of my mother. She is the leader of the department
« Philosophy and history of social thought» of the Institute of Philosophy and Political-Law Researches of ANAS, that is she is the leader of the department where my mother works. To tell the truth I knew her before by correspondence from her scientific works and books that we have in our personal library and from TV screen, but this acquaintanceship became visual by means of my mother. After this acquaintanceship I was sure that Zumrud khanim is a living legend, coryphaeus, leader at the profession that she chose and loves.
Though this patriot noble woman is under 75 years, she isn't tired, works hard and make new gifts for science. As I know this industrious woman is an authoress of hundreds of articles and 8 scientific works
While studying philosophy our teacher told us that in Azerbaijan the philosophy of huruphism investigated Zumrud khanim and ponteism Solmaz Rzaguluzade.
Zumrud khanim is also a great helper at coming the youths to the science and at their formation. She helps to rear not only her post-graduate students and candidates for a degree but also she helps youth who address to her.
She has got a lot of graduate students and candidates for a degree.
As I know there is no process in society Zumrud khanim reacts as a patriot. Taking into account all her activities, American Biographical Institute gave her a title - The woman of the year. When her department noted this portentous event fortunately I also took part. I apparently never forget that day till the end of my life.
But the most interesting things about her are the followings that I am going to write. Who will read these not being acquainted with Zumrud khanim - a possessor these successes, having an important role in the society - will think that she is self-satisfied in any case. But if you get acquainted with her closely you will see contrary to it. For clarity I'll say that there are more than 30 workers in her department. But she is not a leader, director she is mother for them. She is interested not only in her workers' problems but also in problems of their family members and tries to solve them with great care. Rendering assistance for them who needs is her aim of life. One of her noble characters is keeping smallers at the level of her own. She never puts away anybody out of her attention centre. Though some of them I heard from my mother, most of them I saw by myself. Every time when I go to ANAS she meets me as her daughter, interests with my lessons. if I have problems and if I need her help. As I know she reads investigation works of workers and give then useful advices without any interest. And many times Zumrud khanim gives them paper and printing supplies.
There is a «Zumrud khanim» myth at the sphere where she is known. There is no need to analysis the works that are prepared at her department and personally under her control at supreme spheres. Because her colleagues know that these works come to a head trough a great responsibility. Zumrud khanim will never accept an indecent work by no means. Thus, one of the chances of people who are in contact with her is this. Always looking for innovations- Zumrud khanim is a real and all-rounded leader.
I would like to develop in myself her overstep efficiency and benevolence.
The reason of my writing this article in the leading language of the world –in English is to acquaint the Zumrud khanim's personality with a foreigner that will take this collection into hands, even by means of a student's opinions of this personality. Because this year a 60 yearly «Philosophy institution» lives its jubilees and on the occasion of this I congratulate the persons who connected their whole creative life with ANAS –I congratulate Zümrüd khanım Quluzadeh, Shоlмаz khаnıм Rzaquluzada, Elmira khаnıм Zamanova, I congratulate Yusuf Rustamov, İzzat Rustamov, Аdil Akhundov who connected their productive e years of life with ANAS.
Bu məqalənin yazıldığı tarixdən düz 15 il ötüb. Məqaləyə həmmüəllif olan Xumar qız ADİ-nun ingilis dili müəllimliyi fakultəsini, Amerikanın Corciya Universitetinin Azərbaycandakı filialının “maliyə ”fakultəsini qırmizı diplomla bitirərək sevgili Vətəninə xidmət etməkdədir. Tam da özünə kumir seçdiyi Zümrüd nənəsinin görmək istədiyi bir xanım kimi yetişdirdi özünü.
2022-ci ilin mart ayının 17-si Şöhrət Ordenli, Əməkdar Elm Xadimi, Prezident Təqaüdçüsü Zümrüd anamızın 90-yaşı tamam olacaqdı əgər ömür vəfa edib onu yarım ildə yaşatsaydı. İnstitut rəhbərliyinə onun yubleyini deyil anım gününü keçirmək nəsib oldu…Yubley tədbiri və anım gününü özündə birləşdirən bu mərasim tədbirdə fəlsəfə institutunun rəhbərliyində olan hörmətli alimlərimiz, eyni zamanda AMEA rəhbərliyindən Gövhər xanım Baxşəliyeva, “Zümrüd xanıma hamımızın bir vəfa borcu var” söyləyən Bakı Dövlət Universitetinin kafedra müdiri Rəbiyət xanım Aslanova, Fəlsəfə İnstitutunun şöbə müdirləri, yetirmələri çıxışlar etdilər, onu andılar. Onların içərisində həddən artıq gərqinlik keçirən bir xanım var idi. Zöhrə Əliyeva. Zöhrə xanım İnstitutumuzda “Beynəlxalq əlaqələr şöbəsi”nin müdüridir. Gərginliyinin əsasında isə İnstitutumuzun İnternet sistemində həmin gün yaranan problemin dayanması idi. Belə ki, dünyanın müxtəlif ölkələrindən Zümrüd xanım fenomenini dəyərləndirənlər (Əlcəzair, Türkiyə, Rusiya, Misir, İtaliya, Fransa kimi ölkələrdən) ona müraciət edərək həmin tədbirə onlayn qoşulacaqlarını bildirmələri və bu müraciətlərə qarşılıq veriləcək əlaqələrin alınmaması idi.…
Sağlıq olsun deyirik. Onsuz da Zümrüd xanım kimi hərtərəfli alimə, xanıma hələ çox tədbirlər keçirilərək anılacaq. Əsası odur ki, qədir bilən kollektivi onun anım gününü bir cüma günü ömrünün demək olar ki tamamını həsr etdiyi institutda təşkil etdi. Məclisinin sonunu isə yaxınlıqdaklı məscidindən gələn günorta azanının qəlblərə sirayət edən notları altında yekunladılar…
Yəqinimdir ki, illər keçəcək fəlsəfə camiyəsinin hər gələn yeni nəsli Azərbaycan humanitar elm sahəsində dürüstlüyü, fədəkarlığı, vəfakarlığı, vətənpərvərliyi ilə seçilmiş bu qadını hər zaman xatırlayacaq, əsərlərini araşdıracaq bu əsərlərdən yeni-yeni tədqiqat işləri ərsəyə gətirəcəklər. Hesab edirəm qədirşünas gənclik onun əsərlərini yaşadığı mühitin şərtlərini də öyrənərəkdən tədqiq edəcək və yaradıcılığının məhsuldar hissəsi sovetlər dönəminin-keçmiş SSRİ də yaşayan bütün xalqları simasızlaşdıraraq yeni bir xalq, “sovet xalqı” yaratdığı-vaxta düşmüş bu xanımın milli kimliyimiz uğruna alovlanıb mangal kimi közərən qəlbini görəcəklər. Belə ki. mürüdizm, sufizm kimi kimlik fəlsəfəmizi oluşduran dini-fəlsəfi cərəyanları araşdırmağın o zamanlar nə boyda cəsarət tələb etdiyini anlayacaq, bu vətənpərvər xanımın cürətinə heyran olacaq, əməyini təqdir edəcək, alqışlayacaqlar! (Mən 2021-ci il “şəhidliyin fəlsəfəsi Vətən müharibəsi nümunəsində” mövzusundakı plan işimi VƏTƏNİNİ canından çox sevən 65 ilin məslək dostları və rəfiqələri, fəlsəfə camiyyəsinin bahadır qadınları Solmaz xanım Rzaquluzadənin və Zümrüd xanım Quluzadənin xatirəsinə ithaf etdim. (Hələki əlimdən bu gəldi. Ama bu bir başlanğıcdır)). Tədqiqatçılar onun cəmiyyətimizdə və dünyamızda baş verən hadisələrə münasibətinin təzahürü olan məktub və teleqramlarnı, Azərbaycan elminə, fəlsəfəsinə, həmçinin Şərq fəlsəfəsinə dil uzadanlara cavabən yazıb çap etdirdiyi yazıları da fəxrlə araşdıracaq onun şəxsiyyətini bir də bu cəsur yazılardan şıxaracaq, onu zəmanəsinin Tomrisi, Nüşabəsi, Sarası adlandıracaqlar!
Ölüm sevinməsin qoy ömrünü vermir bada,
sevərək yaşayanlar, sevilərək ölənlər!
Şair bu misraları həm də bizim Vətənimizin vətənpərvər qızı, ömrü ictimailəşmiş Zümrüd Quluzadə haqqında deyib!
Nurlar içində yat əziz Zümrüd xanım! Ad günün yenə bir cümə gününə təsadüf etdi… Nə qədər ki, Azərbaycan elmi var, nə qədər ki, VƏTƏNİN, Sənin kimi qədirşünas övladlarının hesabına var olacaq, unudulmayacaqsan! Sən bizdən cismən uzaqlaşdıqca biz sənə yaxınlaşırıq...