Azarkeşlərin nəzərinə: "Qalatasaray" Bakıya bu vaxt gəlir

Azarkeşlərin nəzərinə:

"Qarabağ"la yoldaşlıq oyunu keçirəcək "Qalatasaray"ın Azərbaycana səfər proqramı bəlli olub. 

Turkustan.az xəbər verir ki, "sarı-qırmızılar" 25 mart tarixində Bakıya gələcək.  

İstanbul təmsilçisini gətirəcək təyyarə saat 19:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edəcək. "Cim bom" "Fairmont Hotel"də məskunlaşacaq.  

Okan Burukun rəhbərlik etdiyi kollektiv Bakıda məşqə çıxmayacaq.  

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" qarşılaşması 26 mart tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.  /Sfera.az/ 



MANŞET XƏBƏRLƏRİ