Bayrağımızın Xankəndiyə asılmasının tarixi dəqiqləşdirilir- Rəsmi Bakının səbri bitir

Bayrağımızın Xankəndiyə asılmasının tarixi dəqiqləşdirilir- Rəsmi Bakının səbri bitir

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Türk Devletleri Teşkilatı - Organization of Turkic States Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə səfərə gedib. Təbii ki, episentrində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dayanan və dövlətimizin avanqard rol oynadığı bu təşkilata üzv dövlətlərin prezidentlərinin zirvə görüşünün özünəməxsus gündəliyi var. Amma bu görüşün qərarlarından yaranacaq ortaq nəticələrlə yanaşı güman edirəm ki, bizim özəl gözləntilərimiz də var.

Ötən iki il yarımda baş verən hadisələrin müşahidəsi göstərir ki, Ermənistan məqsədli şəkildə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyannaməsinin tələblərindən diplomatik manipulyasiyalarla yayınmağa çalışır. Rəsmi İrəvanın spekulyasiyaları və zaman qazanmaq cəhdləri masadakı fəaliyyəti ilə yekunlaşmır. Ermənistan həm də Azərbaycan ərazisində saxladığı silahlı birləşmələrin təhçizatını gücləndirməklə və xarici dövlətlərlə imzaladığı yeni müqavilələr çərçivəsində aldığı silah və hərbi texnikalarla lll Qarabağ savaşına hazırlaşır.

Rusiya hərbiçilərinin müvəqqəti nəzarət zonasındakı erməni terrorçularının tərkisilah edilmədiyi hər günün əlehimizə işlədiyi demək olar ki, mübahisə doğurmur. Bu cəhətdən iki qardaş və müttəfiq dövlətin prezidentlərinin Ankara görüşündə həm də Azərbaycanın hələ də suverenliyini bərpa edə bilmədiyi ərazilərinin bir qismində antiterror əməliyyatının keçirilməsi ilə bağlı saatların tutuşdurulması və son dəqiqləşdirilmələrin aparılaraq yekun qərarın veriləcəyi gözlənilir. 

Elmeddin Behbud



MANŞET XƏBƏRLƏRİ