"Ən səmimi sevgi ilə" sənədli filminin Türkiyədə ikinci təqdimat mərasimi keçirilib


Məhəmməd Əmin Rəsulzadə haqqında çəkilən "Ən səmimi sevgi ilə" sənədli filminin Türkiyədə ikinci  təqdimat  mərasimi keçirilib. Türküstan.az xəbər verir ki, ilk öncə Ankarada yayımlanan sənədli filminin Ege bölgəsindəki ilk nümayişi,Manisada olub. Məhəmməd Əmin Rəsulzadənin həyatından, çəkdiyi çətinliklərdən, ailəsinin və qohumlarının qətlindən,fikirlərinin yer aldığı sənədli filmdə tədqiqatçılardan başqa sağ qalan yeganə nəvəsi Rəis Rəsulzadə də müsahibə verib.

Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşəbbüsləri ilə Manisada böyük ekranda yayımlanan filminin nümayişinə filmin müəllif-aparıcısı Hüseyn Cavadzadə də qatılıb.

Filmin Azərbaycan xaricində ikinci dəfə Manisada yayımlanması, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Tariximizi, milli-mənəvi dəyərlərimizi bilmək baxımından bu cür filmlərin nümayişinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Türkiyədə yaşayan həmyerlimiz Mirsadıq Əliyev, hər kəsin tarixi və keçmişi bilməsinin vacib olduğunu bildirərək, Azərbaycanın qurulmasında və dövlət kimi tanınmasında Məhəmməd Əmin Rəsulzadənin böyük və müstəsna rolu olduğunu qeyd edib. O, "Ən səmimi sevgi ilə" sənədli filminin insanlara emosional təsir bağışladığını deyib.

AZTV-də yayımlanan "Yüz ilin sirləri" verilişinin müəllif-aparıcısı Hüseyn Cavadzadə çıxışı zamanı filmin Azərbaycan kinoteatrlarında iki ay nümayiş etdirildikdən sonra xaricdə ilk dəfə olaraq Türkiyədə yayımlanmasını, ilk öncə Ankarada bu gün isə Manisada olduğunu vurğulayıb. Daha sonra qeyd edib ki,film İstanbul, Antalya ondan sonra isə Varşava, Paris, Təl-əviv, Vaşinqton və Avropada nümayiş etdiriləcək.  Sonda böyük maraq və sevgi ilə qarşılanan ekran əsəri haqqında müsbət fikirlər səslənib.

Tahirə Nur

Açıklama yok.

Açıklama yok.



MANŞET XƏBƏRLƏRİ