Hər qadın bir anadır

Hər qadın bir anadır

Azərbaycan Yazıçılar Birliyi, AYB Sumqayıt bölməsi və Poeziya Evinin birgə təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar gününə həsr edilən " Hər qadın bir anadır" adlı tədbir keçirildi.

Öncə Azərbaycan torpaqlarının  bütövlüyü uğrunda şəhid olan  Vətən övladlarının və türkiyədə baş verən zəlzələ nəticəsində həlak olan bacı-qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilb.

Açıklama yok.

Qonaqarı Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin  təqdim edib.

Poeziya Evində təşkil olunan tədbirdə AYB-nin nəzdində Yazıçı Qadınlar Şurasının sədri, Ədəbi janrlar şöbəsinin müdiri, filologiya elmləri doktoru Gülhani Pənah, AYB.az saytının rəhbəri, AYB Qəbul Komissiyasının katibi Məlahət Qənbərova və Yazıçı Qadınlar Şurasının sədr müavini, yazıçı, ədəbiyyatşünas Salatın Əhmədli AYB Sumqayıt bölməsinin uğrlu  işlərdən  söz açıb, yeni nailiyyətlər arzulayıbılar.

Açıklama yok.

Sumqayıtlı " Dostlar klubunun üzvləri Mayıl Tağıyev, Rafiq Mehdiyev, S.Vurğun adına Uşaq kitabxanasının  müdiri Yeganə Hüseynova, rejissor-operator Etibar Bənnayev  bu günün əhəmiyyətindən danışıblar.

Sumqayıtlı qələm adamları-Arif Ərşad, Hafiz Ataxanlı, Elvin İntiqamoğlu, Məryəm Aslanqızı, Rəfiqə Şəms, Almaz Ərgünəş Bəyazid, Xatirə Fərəcli, Mənsurə Xələfbəyli, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Səadət Salmanqızı, Aygün Fikrətqızı həmkarlarını təbrik edib, yeni şeirlərini oxuyublar.

Açıklama yok.

Gülnarə Cəmaləddin, Məryəm Aslanqızı, Rəfiqə Şəms, Ofelya Babayeva, Almaz Ərgünəş Bəyazid, Xatirə Fərəcli, Mənsurə Xələfbəyli, Sevinc Qərib Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın imzaladığı fəxri diplomlarla təltif edilblər.

Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin öz adından və Sumqayıtın yaradıcı insanları adından bu diqqət və  etimada görə  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara minnətdarlığını bildirib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.



MANŞET XƏBƏRLƏRİ