Azərbaycanlı İstanbulda silahlı hücuma məruz qalıb – ANBAAN VİDEO


Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda Azərbaycan vətəndaşı olan kişiyə qarşı silahlı hücum edilib.

Turkustan.az "A Haber"ə istinadla xəbər verir ki, silahlı hücum ərazidə olan təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Sözügedən görüntülərdə Azərbaycanlı şəxsin yolda gedərkən naməlum avtomobilin ona yaxınlaşdığı əks olunub. Bundan sonra, avtomobili idarə edən şəxs azərbaycanlıya silahla atəş açıb. Nəticədə o, ayağından yaralanıb. Bununla da kifayətlənməyən şəxs ətrafda uşaqların olmasına baxmayaraq bir neçə dəfə də atəş açıb. Daha sonra isə hadisə yerindən uzaqlaşıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hüquq mühafizə orqanlarının əməkdaşları silahlı hücumu həyata keçirən şəxsin axtarışlarına başlayıb. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ