Valideynlər semestr imtahanlarında müşahidəçi kimi iştirak edə bilərlər - REKTOR


Hazırda Azərbaycan universitetlərində tədris ilinin ilk semestrının imtahanları davam edir.

Bəzi universitetlər tərəfindən tələbələrin valideynləri imtahan prosesini izləmək üçün dəvət olunur və valideynlərin müşahidəçi qismində imtahanda iştirakının şahidi oluruq.

Turkustan.azxəbər verir ki, müxtəlif rekasiyalarla qarşılanan məsələyə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov münasibət bildirib.

Rektor instənilən şəxsin imtahan prosesində müşahidəçi kimi iştirak edə biləcəyini qeyd edib:

"Burada pis bir şey yoxdur, imtahan prosesinə müdaxilə etmədən istənilən maraqlı vətəndaş müşahidəçi qismində imtahan prosesində iştirak edə bilər. Bu da aşkarlığın, prosesin şəffaflığının elementlərindən biridir. Azərbaycan Dövlət Aqrar Universitetində bu praktika var".


MANŞET XƏBƏRLƏRİ