"Böyük türk dünyası Qazaxıstanın yanındadır" - Çavuşoğlu


Qazaxıstanda vəziyyətin nəzarət altına alınmasından məmnunuq.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı XİN başçılarının videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.

O, Qazaxıstanda yeni Baş nazir təyinatından da məmnunluğunu ifadə edib.

"Böyük Türk dünyası olaraq Qazaxıstanın yanındayıq", - XİN başçısı vurğulayıb.

Çavuşoğlu qeyd edib ki, iclasın sonunda birgə bəyannamə qəbul ediləcək. (APA)


MANŞET XƏBƏRLƏRİ