Türk dövlətləri Xarici işlər nazirlərinin Qazaxıstana dair toplantısı başlayıb


Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Qazaxıstana dair fövqəladə iclası başlayıb.

Turkustan.az -ın xəbərinə görə, təşkilata sədrlik edən Türkiyənin təşəbbüsü ilə keçirilən iclasa TDT-yə üzv və müşahidəçi ölkələrin XİN başçıları qatılıb.

Videokonfrans formatında keçirilən iclasda Qazaxıstanda baş verən hadisələr müzakirə olunur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da qatıldığı iclasa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sədrlik edir.


MANŞET XƏBƏRLƏRİ