Dünyada BİR İLK: İnsana donuz ürəyi köçürüldü


ABŞ-da yaşayan 57 yaşlı ürək xəstəsi David Bennett adlı şəxsə geni dəyişdirilmiş donuzdan ürək transplantasiyası aparılıb. Dünya tibb tarixində bir ilk olan əməliyyatdan sonra açıqlama verən Dr. Bartley Griffith "Onun ürəyi işləyir və o, normal görünür. O, ya öləcəkdi, ya da biz bu transplantasiyaya gedəcəkdik. Yaşamaq istədiyimi söylədi, bu mənim son seçimim idi və əməliyyat edildi". ifadələrdən istifadə etmişdir. Dünyada orqan çatışmazlığından hər gün çox sayda insanın öldüyünü vurğulayan Griffith, bu hadisənin bütün dünyada yeni bir dövrü başlaya biləcəyinin vurğuladı. Donuzdan insana ürək transplantasiyası necə həyata keçirilir? Budur təfərrüatlar...

Ürək xəstəliyi səbəbiylə həyatı təhlükəsi olan 57 yaşlı David Bennett adlı şəxsə geni dəyişdirilmiş donuzdan ürək transplantasiyası aparılıb.

DÜNYAYA YENİ ÜMİD?

Dünya tarixində bir ilk olaraq tarixə düşən hadisənin orqan çatışmazlığı olan xəstələr üçün ümid olacağı ABŞ-da da danışılmağa başladı. Bennett üzərində əməliyyat düz 8 saat çəkdi və cümə günü baş tutub.

İŞLƏYİR VƏ NORMAL GÖRÜNÜR

Əməliyyatı həyata keçirən Dr. Bartley Griffith açıqlamasında "Bu işləyir və normal görünür. Həyəcanlıyıq, lakin sabahın bizə nə gətirəcəyini bilmirik. Bu, əvvəllər heç vaxt edilməmişdi" dedi. ifadələrdən istifadə etmişdir.

İLK 48 SAATI ARTIB

Yeni ürəyin işlədiyini ifadə edən Griffith, xəstənin çərşənbə axşamı maşından çıxarıla biləcəyini və xəstənin kritik ilk 48 saatı insidentsiz keçdiyini ifadə edib.

ƏMƏLİYYAT NECƏ KEÇİRİLİB?

"Donuzun 10 genetik modifikasiyası var idi. Dörd gen, o cümlədən, insanın aqressiv rədd cavabına səbəb olan bir molekulu kodlayan gen aktivləşdirildi.

Donuz ürəyi implantasiya edildikdən sonra böyüməyə davam etməsinin qarşısını almaq üçün bir böyümə geni də çıxarıldı.

Alimlər uzun müddətdir ki, orqanları insan orqanizmi tərəfindən rədd edilməyəcək donuzların inkişafı üzərində işləyirlər və son onillikdə iş geniş vüsət alıb.

YENİ ERA BAŞLAYA BİLƏR

Tədqiqatçılar bu hadisənin dünya tarixində çox şeyi dəyişəcəyini və yeni bir dövr başlaya biləcəyini vurğulayırlar.

Mövzuya münasibət bildirən Dr. David Klassen hadisənin dönüş nöqtəsi olduğunu vurğulasa da, "Orqan çatışmazlığını müalicə üsulumuzda böyük dəyişikliklərə səbəb olacaq qapılar açılmağa başlayır". ifadələrdən istifadə etmişdir.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ