Rusiya telekanalının efirində erməni ordusu ələ salındı - VİDEO


Rusiya telekanalının efirində erməni ordusu ələ salınıb.

Turkustan.az xəbər verir ki, ROY TV telekanalında rusiyalı siyasətçilər Qazaxıstanda baş verən hadisələri müzakirə ediblər. Müzakirə zamanı KTMT-nin hərbi qüvvələri və xidməti vəzifələri barədə danışıblar.

Rusiya FTX departamentinin keçmiş rəis müavini, publisist, hərbi ekspert İqor Strelkov Ermənistan ordusunu ələ salıb. O, Qazaxıstanda KTMT ordusunun 98% Rusiya hərbçilərindən ibarət olduğunu və bütün əsas vacib və strateji mövqelərə nəzarət etdiklərini bildirib. Qalan belarus, tacik, qırğız və ermənilərdən ibarət cüzi bir hissəyə Qazaxıstanda ehtiyac olmadığını deyib.

İqor Strelkov xüsusən erməni hərbçilərinin orada ancaq uzaqbaşı bazara nəzarət edə biləcəklərini deyib.

"Erməni ordusu, internetdə deyildiyi kimi, ancaq bazara nəzarət edə bilər. Bu, onlara xas bir şeydir. Maddi və mənəvi cəhətdən böyük əhəmiyyəti var, bir az ruhlanar və vəziyyətlərini düzəldərlər", – deyə zarafat edib.

Strelkovun sözləri verilişdə olanların gülüşünə səbəb olub və heç kim deyilənləri təkzib etməyib. Çünki erməni ordusunun Azərbaycan Ordusu tərəfindən məğlub və məhv edilmiş "ordu" olduğunu bütün dünya bilir.

Həmin kadrları təqdim edirik: /konkret.az/


MANŞET XƏBƏRLƏRİ