Əbdürrəhman Vəzirov vəfat etdi


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Turkustan.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Vəzirov 1930-cu ilin yanvarında anadan olub, SSRİ Xarici İşlər Nazirliyində işləyib və 1988-ci ilin mayında Azərbaycana rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi 1990-cı ilin qanlı yanvar hadisələrinə qədər davam edib. Sovet qoşunlarının Bakıya yeridilməsindən sonra Vəzirov Moskvaya qaçıb.

Bu günlərdə Vəzirovun adı Qazaxıstana KTMT sülhməramlıları adı altında Rusiya desant qoşunlarının yeridilməsi kontekstində gündəmə gəlməyə başlamışdı. Bir çoxları onu rus qoşunlarını Qazaxıstana çağıran Qasım-Jomərt Tokayevlə müqayisə edirdi. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ