Azərbaycanlı professor MÜJDƏNİ VERDİ: "Bu, pandemiyanın başa çatmasının birbaşa təsdiqidir"


COVID-19-un Kamerun variantı adlandırılan yeni mutant ştamı (ihu və yab.1.640.2) heç bir ciddi təklükədən xəbər vermir. İndi də son iki gündə COVID-19-un yeni yaranmış İHU və ya B.1.640.2 adlandırılan mutant ştamı haqqında yazırlar. Bildirilir ki, dekabrın 29-da bu ştama Kamerundan Fransanın Marsel şəhərinə gələn 12 insanın yoluxduğu təsdiqlənib. Əvvəla bildirim ki, deyilənlərin əksinə olaraq, bu ştam yeni deyil. Onun haqqında ilk məlumat, hətta Omikron ştamından əvvəl, 4 noyabr tarixində verilib.

Turkustan.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev danışıb.

Professor qeyd edib ki, keçən müddət ərzində B.1.640.2 ştamına 20-dən artıq yoluxma halı ABŞ, Hindistan və bir sıra Avropa ölkələrində də qeydə alınsa da, ilkin tədqiqatlar onun qorxulu olduğunu təsdiq etməyib:

"Odur ki, Omikronun fonunda praktik olaraq unuduldu. Digər tərəfdən Omikron ştamının yunan əlifbasında birdən-birə iki hərfi ötürüb, 15-ci hərfilə adlandırılmasının səbəbi də, məhz ondan əvvəlki bu iki ştamdır. Bir halda ki, bu ştamlardan biri B.1.640.2 yenidən gündəmə gətirilir, onun genom strukturunun molekulyar təsir mexanizmini incələməyi zəruri bilirəm.

Diqqət edin:

30 min aminturşu tərkibli COVID-19-un yeni mutant ştamı İHU-nun ana ştamdan əsas fərqliliyi, genom ardıcıllığına 46 substruktur vahidinin əlavə olunmasıdır. Yəni 46 mutasiya halıdır. Paralel olaraq, yeni ştamda 37 nuklein subvahidi- xromosom sahəsi, itməsi də müşühidə olunur. Odur ki, ana ştamla müqayisədə virusun genom strukturunda 9 subvahid yüklənmə halı baş verir. Bu Kamerun ştamına 30 yeni aminturşu əlavə olunması və 12 aminturşu itkisi deməkdir. 12 aminturşu itkisinin 9-u S-spayka zülalında baş verir. Bu o deməkdir ki, genom ardıcıllığında aminturşu yükünün artması, ilk növbədə yeni yaranan ştamın mütatik fəallığının kəskin zəifləməsinə səbəb olmalıdır. Yəni bu ştam əvvəlki ştamlarla müqayisədə daha zəif mutasiya qabiliyyətinə malik olmalıdır. S-spayka zülalında baş verən kəskin aminturşu itkisi isə bu ştamın yoluxduruculuq gücünün son dərəcə zəif olması deməkdir. Başqa sözlə, müqayisəli elmi təhlil birbaşa sübut edir ki, yeni B.1.640.2 ştamı nəinki patogen aktivlik və letallıq əmsalına görə, hətta yolxuculuq gücünə görə də, COVID-19-un hazırda sönməkdə olan və mutantlarından ən zəifi kimi dəyərləndirilən Omikron ştamından da qat-qat zəifdir. Başqa sözlə, Omikron ştamı COVID-19 pandemiyasının sönməsinin müjdəçisi idisə, bu yeni ştam pandemiyanın sona yetməsinin birbaşa təsdiqidir.

Unutmayın ki, 2022 il ən xoşbəxt illərdən biri olmalıdır. Çünki, rəqəmlərinin toplam (2+0+2+2=6) cəmi 6-dır. Bu rədəm isə uğur, səadət, xoşbəxtlik, maddi yüksəliş və mənəvi saflıq rəmzidir. Odur ki, COVID-19-la bağlı heç bir narahatlığa əsas yoxdur. Normal həyatınızı yaşayın". (publika.az)


MANŞET XƏBƏRLƏRİ