Nazarbayevin müraciəti və silahlı mübarizə çağırışı: bölgəni nələr gözləyir?


Nazarbayev Tokayevin ətrafında birləşmələri üçün xalqa müraciət etdi. Elbaşının dünən Lukaşenko ilə danışdıqdan sonra belə bir çağırış etdiyi diqqət çəkir və istisna deyil ki, Batka Putinin "poçtalyonluğunu" edib.

Nazarbayev milli xəttə görə cəzalandırıldığı versiyası güclüdür, hadisələrin nəticəsi də bunu göstərir. Putin də əldə etdiyi nəticəni saxlamaq üçün Nazarbayevə ölkənin parçalanması ssenarisi haqda mesaj çatdıra bilər və mövcud vəziyyətdə Elbaşı üçün ən uyğun yol təsir imkanlarını itirməmək və milli xəttin tam sıradan çıxmasının qarşısını almaq məqsədilə ən uyğun yol razılaşmaq görünür.

Xarici mediada yayılan məlumatlar isə Qazaxıstan cəmiyyətində iki cəbhənin olduğunu deməyə əsas verir.

Birinci, siyasətdən uzaq insanlar və biznesmenlər sabitliyin bərpası üçün kənardan istənilən yardımı dəstəkləyirlər;
İkinci, millətçilərdir və onlar KTMT-nin ölkəyə girişini Rusiyanın işğalı kimi dəyərləndirirlər;

Millətçi etirazçılar "Qazaxıstanın Azadlıq Cəbhəsi" adlı silahlı dəstə yaradıb. Bu, addım Qazaxıstan və bölgə üçün iki ssenari vəd edir.

- Rusiya və mövcud hakimiyyət KTMT-nin ölkəyə dəvətini legitimləşdirəcək: rus qoşunları uzunmüddətli perspektivdə qalmaq imkanı qazanacaq;

- Mərkəzi Asiya bütövlükdə qeyri-sabitlik mərhələsinə keçir: terror qruplarının bölgəyə transformasiyasını, "İŞİD-Xorasan" qruplaşmasının aktivləşdirilməsini görə bilərik və burada Rusiyanın qazancı özünün "təhlükəsizlik çətirini" gücləndirmək, ABŞ-ın qazancı mübarizəni Çinin sərhədlərinə köçürmək ola bilər; baş verənlərdə ABŞ və Rusiyanın anlaşdığı istisna deyil;
(publika.az)


MANŞET XƏBƏRLƏRİ