Hüseyn Bayqaranın dünyagörüşündə türkçülük və azərbaycançılıq

Hüseyn Bayqaranın dünyagörüşündə türkçülük və azərbaycançılıq

Open photo

 

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

 

V Yazı

 

 

 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı

elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli

 

Hüseyn Bay­ka­ra­nın fik­ri­nə gö­rə, türk­çül­yün mil­li ideo­loq­la­rı ilə ya­na­şı, Azər­bay­ca­nın mil­li azad­lıq hə­rə­ka­tın­da ro­man­­ti­­zim (H.Ca­vid, M.Ha­di, A.Səh­hət, A.Şa­iq və b.) və rea­list (C.Məm­məd­qu­lu­za­də, Ö.F.Ne­man­za­də, M.Ə.Sa­bir, F.B.Kö­çər­li və b.) ədə­bi mək­tə­bin nü­ma­yən­də­lə­ri də mü­hüm rol oy­na­mış­lar: “Azər­bay­­can türk­lə­ri­nin mil­li azad­lıq, mü­tə­rəq­qi mə­də­niy­yət mü­ca­di­lə­sin­də bu ro­man­tik ədib və şa­ir­lər xal­qın ar­zu­la­rı­nı, ide­ya­la­rı­nı və bu ide­ya­la­rı ger­çək­ləş­dir­mək, hə­ya­ta ke­çir­mək üçün səy edən, hət­ta hə­yat­la­rı­nı qur­ban ve­rən mil­lət qəh­rə­man­la­rı­nı bə­dii əsər­lə­rin­də di­lə gə­ti­rib, xal­qı ruh­lan­dı­ra­raq on­la­ra mil­li azad­lıq mü­ba­ri­zə­lə­ri­ni hə­ya­ta ke­çir­mək üçün rəh­bər­lik et­miş­di­lər. Azər­bay­can­da ro­man­tizm cə­rə­ya­nı ilə ya­na­şı çox qüv­və­li, rea­list və Azər­bay­can xal­qı­nın coğ­ra­fi çev­rə­sin­dən xa­ri­ci alə­mə köç­mək hə­və­si gös­tər­mə­dən, öz kö­kü üzə­rin­də ta­ri­xi keç­mi­şi və ənə­nə­lə­ri­lə qay­na­şa­raq öz mil­li azad­lıq və mü­tə­rəq­qi mə­də­niy­yət mə­sə­lə­lə­ri­ni həll et­mək­də bö­yük səy gös­tə­rən, dü­ha də­rə­cə­sin­də ener­ji və qa­bi­liy­yə­tə sa­hib ədib, şa­ir və ya­zar­la­rın təm­sil et­dik­lə­ri rea­list ədə­bi mək­tə­bi var­dı”. [1]

Çox tə­əs­süf ki, yan­lış ola­raq SSRİ döv­rün­də bə­zi təd­qi­qat­çı­lar özə­lik­lə, Azər­bay­can Türk ro­man­tiz­mi­nin nüm­ya­nə­də­lə­ri­ni mü­tə­rəq­qi və mür­tə­ce adı al­tın­da iki qru­pa ayır­mış­lar. Gu­ya, mür­tə­ce ro­man­tik­­lə­rin əsas nü­ma­yən­də­si də Ə.Hü­seyn­za­də ol­muş­dur. Şüb­hə­siz, bu cür böl­gü­nün apa­rıl­ma­sın­da əsas məq­səd Azər­bay­can Türk ro­man­tiz­mi­nin nü­ma­yən­də­lə­ri­nin mil­li ide­ya­ya mü­na­si­bət­lə­ri­ni pər­də­lə­mək idi. Bu ba­xım­dan he­sab edi­rik ki, 20-ci əs­rin əv­vəl­lə­rin­də Azər­bay­can­da mil­li əla­mət­lə­ri özün­də əks et­di­rən mü­tə­rəq­qi Azər­bay­can Türk ro­man­tiz­mi (Ə.Hü­seyn­za­də, M.Ha­di, H.Ca­vid, A.Səh­hət, A.Şa­iq və b.) ol­muş­dur. Şüb­hə­siz, bi­zi bu­ra­da da­ha çox ma­raq­lan­dı­ran mil­li ro­man­tiz­min nü­ma­yən­də­lə­ri­nin mil­li ide­ya­ya, o cüm­lə­dən is­lam­laş­maq, türk­ləş­mək, qərb­ləş­mək və Azər­bay­can türk­çü­lü­yü­nə mü­na­si­bə­ti­dir. Bay­ka­ra ya­zır­dı: “İr­ti­ca­çı, mü­ha­fi­zə­kar ya­zar­la­ra və on­la­rı mü­da­fiə edən ir­ti­ca züm­rə­si­nə qar­şı Azər­bay­can ro­man­tik­lə­ri­nin etu­ra­zı və mü­ba­ri­zə­si o za­man azər­bay­can­lı­lar ara­sın­da bö­yük ba­şa­rı qa­zan­mış­dır”.[2]

H.Bay­ka­ra­nın fik­rin­cə, an­caq mil­li ro­man­tiz­min nü­ma­yən­də­lə­ri Azər­bay­can türk­lə­ri­nin tək­cə maa­rif­lən­mə­si ilə ki­fa­yət­lən­mə­miş­lər: “Azər­bay­can türk­lə­ri­nin hü­quq­la­rı­na, hür­riy­yət və is­tiq­la­liy­yət­lə­ri­nə qo­vuş­ma­sı üçün mü­ca­di­lə­yə də səs­lə­miş­lər. On­la­rın fik­rin­cə, mü­tə­rəq­qi cə­miy­yət elm­siz, ir­fan­sız ol­maz. El­mi-ir­fa­nı olan top­lum isə irə­li­lə­yər, uca­lar və baş­qa top­lum­lar ara­sın­da özü­nə­la­yiq ye­ri əl­də et­mək üçün ön­cə haq­qı­nı, hü­riy­yə­ti­ni, is­tiq­la­lı­nı al­ma­ğa ça­lı­şır, ölür, öl­dü­rür, ən nə­ha­yət də qur­tu­lu­şa ça­tır”.[3] Baş­qa söz­lə, on­lar Azər­bay­can türk­lə­ri­nin mil­li azad­lıq, mil­li mə­də­niy­yət mü­ca­di­lə­sin­də xal­qın ar­zu­la­rı­nı, ide­ya­la­rı­nı və bu ide­ya­la­rı ger­çək­ləş­dir­mə­yə ça­lı­şan­la­rı tə­rən­nüm et­miş­lər.

Onun fik­rin­cə, Azər­bay­can ro­man­tik­lə­ri əsər­lə­rin­də sin­fi mə­sə­lə­yə də ge­niş yer ver­miş­dir. Bu mə­na­da, fəh­lə sin­fi şüu­ru­nun bol­şe­vik­lər tə­rə­fin­dən Azər­bay­ca­na gə­ti­ril­mə­si he­ka­yə­si baş­dan-ba­şa uy­dur­ma­dır. Çün­ki Hü­seyn Ca­vid və baş­qa­la­rı­nın əsər­lə­rin­də is­tis­mar edən­lər­lə is­tis­mar olu­nan­lar möv­zu­su­na to­xu­nul­muş­du. An­caq bu dövr­də türk iş­çi­lə­ri və ka­pi­ta­list­lə­ri rus və er­mə­ni­lə­rə qar­şı bir­gə mü­ba­ri­zə apar­mış­lar. O ya­zır­dı: “İş­ğal­çı, mil­lət­çi kom­mu­nist re­ji­mi sti­qlalı ideyapsını irədli sı üçün mücadiləyə də səsləmişlər"rını və bu ideyaları gerçəkləşdia­zər­bay­can­lı iş­çi­lə­ri tə­til hü­qu­qun­dan məh­rum et­miş və ya­rım əsr­dən çox­dur ki, on­la­rı bir qa­rın çö­rək pu­lu qa­zan­maq üçün iş­lə­dir. Kom­mu­nist­lər gummunistlər rın çörək pulu qazanmaq üçün işqlədirdən Azərbaycana gətirilməsi hekayəsi başdan-başa uydurmadır. ­ya çar təh­kim­çi­lik re­ji­mi­ni ləğv et­miş­lər, əvə­zin­də isə so­vet təh­kim­çi­lik-kö­lə­lik re­ji­mi­ni ya­ra­da­raq, “kol­xoz” adı al­tın­da kənd­li­lə­ri is­tis­mar edir­lər”. [4]

Azər­bay­can rea­list­lə­ri­nə gə­lin­cə, Bay­ka­ra­ya gö­rə xal­qın maa­rif­­lən­mə­sin­də bö­yük xid­mət­lə­ri olan rea­list ədə­bi mək­tə­bi­nin səy­lə­ri Azər­bay­can sər­həd­lə­ri­ni aşa­raq Or­ta Asi­ya öl­kə­lə­ri­nə qə­dər ya­yıl­mış­­dır. Bay­ka­ra ya­zır­dı: “Mən bu mək­tə­bin Azər­bay­can mə­də­niy­yə­tin­də oy­na­dı­ğı ro­lu, en­sik­lo­pe­dist­lə­rin Fran­sa­da in­qi­lab­dan əv­vəl oy­na­dıq­la­rı ro­la bən­zət­mək is­tə­yi­rəm. Hə­qi­qə­tən, Azər­bay­can rea­list mək­tə­bi­nə mən­sub olan­lar en­sik­lo­pe­dist­lər­dən Did­ro və Da­lam­be­rin (1751-1752-ci il­lər­də) çap et­dir­dik­lə­ri ki­mi bir en­sik­lo­pe­di­ya nəşr et­dir­miş­lər. Tək­cə “Mol­la Nəs­rəd­din”in ət­ra­fın­da top­la­şan Azər­bay­can ya­zar­la­rı xalq üçün on­dan da­ha çox iş­lər gör­müş­dü­lər”. [5]

Biz­cə, rea­list­lər­dən C.Məm­məd­qu­lu­za­də, Ə.Qəm­kü­sar cə­miy­yə­tin yar­la­rı­nı sa­ğalt­maq mə­sə­lə­sin­də da­ha re­al möv­qe tut­maq­la ya­na­şı, an­caq bə­zi hal­lar­da  if­ra­ta var­mış­lar. Xü­su­si­lə, on­la­rın ra­di­kal möv­qe­dən çı­xış edən­lə­ri mil­li və di­ni də­yər­lə­rə, o cüm­lə­dən bu də­yər­lə­ri mü­da­fiə edən və on­la­rın əsa­sın­da bir­ləş­mə­yi va­cib he­sab edən is­lam­çı­la­ra və türk­çü­lə­rə mü­na­si­bət­də if­rat var­mış­lar. Bu if­rat­çı­lıq isə, bə­zi rea­list­lə­rin son­ra­lar mark­siz­mə, hət­ta rus­pər­sət­li­yə me­yil gös­tər­mə­si ki­mi sə­ciy­yə­lən­di­ril­miş­di. Doğ­ru­dur, C.Məm­məd­­qu­lu­za­də və di­gər mol­la­nəs­rəd­din­çi­lər Azər­bay­can xal­qı­nın, Azər­bay­can türk­lə­ri­nin maa­rif­lən­mə­si və azad­lı­ğı uğ­run­da mü­əy­yən iş­lər gör­müş­dür. An­caq ümu­mi­lik­də, on­la­rın  tut­du­ğu  yol türk­çü­lük və is­lam­çı­lıq­dan yox, Rus-Av­ro­pa-Qərb mə­də­niy­yə­ti ilə səs­ləş­miş­dir. On­lar he­sab edir­di­lər ki, mü­səl­man öl­kə­lə­rin­də­ki bü­tün bə­la­la­rın əsas sə­bəb­ka­rı İs­lam di­ni­dir, bun­dan çı­xış yo­lu isə İs­lam mə­də­niy­yə­tin­dən im­ti­na edib Rus-Av­ro­pa-Qərb mə­də­niy­yə­ti­nə üz tut­maq­la bağ­lı­dır.

Hə­min “mol­la­nəs­rəd­din­çi”lə­rin bu xət­ti vax­ti­lə ey­ni fi­kir­lər­dən çı­xış et­miş M.F.Axund­za­də­nin yo­lun­dan çox da fərq­lən­mir­di. Bu yo­lu tu­tan Axund­za­də əv­vəl­cə İs­lam mə­də­niy­­yət­­in­­dən, da­ha son­ra Türk mə­də­niy­yə­tin­dən im­ti­na et­miş­dir. C.Məm­məd­qu­lu­za­də, Ə.Qəm­kü­sar və on­lar­la həm­fi­kir olan­lar İs­la­ma mü­na­si­bət­də bir­mə­na­lı şə­kil­də Axund­za­də­nin yo­lu­nu da­vam et­dir­di­yi hal­da, mil­li mə­də­niy­yət mə­sə­lə­sin­də bir qə­dər eh­ti­yat­lı möv­qe tut­muş­lar. An­caq o da ma­raq­lı­dır ki, bu mü­tə­fək­kir­lər mil­li mə­də­niy­yət mə­sə­lə­sin­də ümum­türk ru­hu­nu de­yil, da­ha çox Rus-Av­ro­pa-Qərb ideo­loq­la­rı­na sərf edən xü­su­si­li­yi qə­bul et­miş­lər. Be­lə ki, mil­li mə­də­niy­yət mə­sə­lə­sin­də ümum­türk ruh­lu türk ədə­biy­ya­tı­nı, türk ta­ri­xi­ni, türk di­li­ni mü­da­fiə et­mə­miş, da­ha çox lo­ka­nik ta­rix və dil­dən çı­xış et­miş­lər. Hər hal­da, on­la­rın or­taq türk di­li əvə­zi­nə, mə­həl­li türk di­li­ni mü­da­fiə et­mə­lə­ri, ey­ni za­man­da or­taq əlif­ba­nın ara­dan qal­dı­rıl­ma­sı pro­se­sin­də mü­əy­yən əmək­lə­ri da­nıl­maz­dır.

Be­lə­lik­lə, de­yə bi­lə­rik ki, bu gün mü­ha­cir hə­ya­tı ya­şa­mış ay­dın­lar M.Ə.Rə­sul­za­də, Ə.Tob­çu­ba­şov, M.B.Məm­məd­za­də,  N.Şeyx­za­man­lı, A.İl­dı­rım o cüm­lə­dən H.Bay­ka­ra­nın mə­də­ni-fəl­sə­fi ir­si­ni öy­rən­mə­yə da­ha çox eh­ti­yac var. Çün­ki on­lar vax­ti­lə So­vet Ru­si­ya­sı­nın müs­təm­lə­kə­si al­tın­da olan bir top­lu­mun mil­li ru­hu­nun və dün­ya­gö­rü­şü­nün  yox ol­ma­ma­sı üçün bö­yük öl­çü­də mü­ca­di­lə ver­miş­lər. Özəl­lik­lə, ye­ni dövr­də Azər­bay­ca­nın müs­tə­qil­lik ta­ri­xi­nin fəl­sə­fə­si­ni ya­zan­la­rın əmə­yi bu sa­hə­də çox əhə­miy­yət­li­dir. Əgər bir top­lu­mun mil­li ta­rix, mil­li ədə­biy­yat və mil­li fəl­sə­fə an­la­yı­şı yox­dur­sa, onun mil­li var­lı­ğı da təh­lü­kə al­tın­da­dır. Bu an­lam­da mü­ha­cir ay­dın­la­rı­mı­zın bö­yük bir qis­mi Azər­bay­can Türk ədə­biy­ya­tı, Azər­bay­can Türk ta­ri­xi, Azər­bay­can Türk fəl­sə­fə­si və mə­də­niy­yə­ti­ni qo­ru­maq üçün və­tən­dən kə­nar­da ya­şa­ma­ğa məc­bur ol­duq­la­rı öl­kə­lər­də mil­li-mə­də­ni sa­vaş apar­mış­lar.

Xü­su­si­lə də H.Bay­ka­ra sə­ləf­lə­ri­nin yo­lu ilə da­vam edə­rək 19-cu və 20-ci əsr­lər Azər­bay­can mə­də­niy­yə­ti­ni və fəl­sə­fə­si­ni da­ha də­rin­dən və sis­tem­li şə­kil­də təd­qiq et­mə­yə ça­lış­mış­dır. Onun bu­ra­da əsas məq­sə­di təx­mi­nən iki əsr ər­zin­də Azər­bay­can mə­də­niy­yə­ti və fəl­sə­fə­sin­də baş ve­rən­lə­ri ana­liz et­mək və ic­ti­ma­iy­yə­tə çat­dır­maq idi. Bay­ka­ra he­sab edir­di ki, Azər­bay­ca­nın mil­li is­tiq­la­lı­nın tə­sa­dü­fi ol­ma­sı fik­ri­ni ara­dan qal­dır­maq üçün onun mə­də­niy­yə­ti­ni və fəl­sə­fi ir­si­ni öy­rən­mək la­zım­dır. Yə­ni, mil­li is­tiq­la­lın tə­sa­düf­dən or­ta­ya çıx­ma­dı­ğı­nı, sa­də­cə iti­ril­miş ba­ğım­sız­lı­ğın ye­ni­dən qa­za­nıl­dı­ğı­nı or­ta­ya qoy­maq gə­rək­dir.

H.Bay­ka­ra­nın mə­də­ni-fəl­sə­fi ir­si­nin əsas cə­hət­lə­ri­ni ümu­mi­ləş­di­rə­rək, be­lə qə­naə­tə gəl­mək olar ki, onun ya­ra­dı­cı­lı­ğın­da Azər­bay­can Mil­li İde­ya­sı­nın ya­şa­dıl­ma­sı kon­tek­sin­də, Azər­bay­can mə­də­niy­yə­ti­nin, fəl­sə­fə­si­nin təd­qi­qi və təb­li­ği da­yan­mış­dır. Baş­qa söz­lə, onun Azər­bay­can mə­də­niy­yə­ti və fəl­sə­fi ilə bağ­lı araş­dır­ma­la­rı Azər­bay­can Mil­li İde­ya­sı ilə sıx bağ­lı ol­muş­dur. Bay­ka­ra hər bir əsə­rin­də mə­də­niy­yət və fəl­sə­fə­nin prob­lem­lə­ri­ni araş­dır­maq­la ya­na­şı, döv­rün onun qar­şı­sın­da qoy­du­ğu çə­tin­lik­lə­ri də ifa­də et­mə­yə ça­lış­mış­dır. Bu mə­na­da, SSRİ re­ji­mi­nin Azər­bay­can mə­də­niy­yə­ti və fəl­sə­fə­si­nə qar­şı yür­tüd­yü “so­vet bey­nəl­mi­ləl­çi­li­yi” ide­ya­sı­nı Bay­ka­ra hə­mi­şə tən­qid atə­şi­nə tut­muş­dur.

Ey­ni za­man­da, o, ba­car­dı­ğı qə­dər bir tə­rəf­dən “so­vet bey­nəl­­mi­ləl­çi­li­yi”nin iç üzü­nü açıb gös­tər­mə­yə ça­lış­mış, di­gər  tə­rəf­dən isə Azər­bay­can mə­də­niy­yə­ti­ni və fəl­sə­fə­si­ni ob­yek­tiv şə­kil­də dün­ya ic­ti­ma­iy­yət­nin nə­zə­ri­nə çat­dır­ma­ğa ça­lış­mış­dır.. Bu ba­xım­dan onun A.A.Ba­kı­xa­nov, M.F.Axund­za­də, H.Zər­da­bi və baş­qa klas­sik­­lə­ri­mi­zə həsr et­dik­lə­ri say­sız-he­sab­sız mə­qa­lə­lə­ri on­la­rın dün­ya­gö­rüş­­lə­ri­nin doğ­ru şə­kil­də cə­miy­yə­tə çat­dı­rıl­ma­sın­da da mü­hüm rol oy­na­mış­dır.

H.Bay­ka­ra Azər­bay­can Türk mə­də­niy­yə­ti­nə əvəz­siz töh­fə­lər ver­miş, Azər­bay­can mil­li ide­ya­sı prin­si­pin­dən bir an ol­sun be­lə ge­ri çə­kil­mə­miş­dir. Ək­si­nə, onun üçün Azər­bay­can Türk mə­də­niy­yə­ti öy­rən­mək və təd­qiq et­mək, rus kom­mu­niz­mi­nin sax­ta ma­hiy­yə­ti­ni açıb gös­tər­mək  Azər­bay­can Mil­li İde­ya­sı­nı ya­şat­maq və Mil­li İs­tiq­la­la na­il ol­maq üçün ən üm­də va­si­tə­lər ol­muş­dur.

 

 

[1] Yenə orada, s.164

[2] Yenə orada, s.165

[3]Yenə orada, s.166

[4] Yenə orada, s.171

[5] Yenə orada, s.172


MANŞET XƏBƏRLƏRİ