Omicron variantının iki yeni "qəribə" simptomu aşkar edildi


Dünyada 300 milyondan çox yoluxma halı olan korona virusu Omicron variantı ilə qorxulu ölçülərə çatmağa davam edir. Alimlər Omicron variantının iki yeni və "qəribə" simptomlarını elan edərək, bu barədə xəbərdarlıq ediblər.

2019-cu ilin son həftələrində Çində ortaya çıxdıqdan sonra qlobal epidemiyaya çevrilən və dünya üzrə 5,4 milyon insanın ölümünə səbəb olan koronovirus epidemiyası noyabr ayında ortaya çıxan Omicron variantı ilə qorxu yaratmağa davam edir.

Elm adamları Omicron variantının əvvəlki Covid-19 növlərindən fərqli simptomlar göstərdiyini bildirsələr də, Britaniya səlahiyyətliləri Omicron variantı olan insanlarda öskürək, burun axması və ya boğaz ağrısından əlavə iki yeni və "qəribə" simptomun göründüyünü açıqladı.

Britaniyalı alimlər bildiriblər ki, son bir ayda koronavirus diaqnozu qoyulan xəstələrdə saç tökülməsi və konyunktivit əlamətləri aşkarlanıb. Elm adamları Omicron variantının xalq arasında "çəhrayı göz" kimi tanınan konjonktivitə səbəb olduğunu və bu variantın gözdəki ACE2 fermentlərinə təsir etdiyini bildiriblər.

Digər tərəfdən, Amerika Dermatologiya Akademiyası son vaxtlar Covid-19-un ən görkəmli simptomlarından birinin saç tökülməsi olduğunu açıqladı.

KONJONTİVİT NƏDİR?

Xalq arasında çəhrayı göz və ya qırmızı göz xəstəliyi kimi tanınan konjonktivit göz və göz qapaqlarının şəffaf toxumasının iltihabıdır.

Bu vəziyyət gözdə qana səbəb olduğu üçün qırmızı göz və ya çəhrayı göz adlanır.


MANŞET XƏBƏRLƏRİ