SON DƏQİQƏ: Qırğızıstan Almatıya hərbçi göndərməkdən imtina etdi


Kollketiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərdiyi sülhməramlıların sayı açıqlanıb.

Turkustan.az xəbər verir ki, 3770 hərbçinin daxil olduğu kontingentdə ən az say Ermənistana məxsusdur - 70 hərbçi. Siyahıya 3000 hərbçi ilə başçılıq edən Rusiyadır. Daha sonra sıralamanı 500 hərbçi ilə Belarus və 200 hərbçi ilə Tacikistan davam etdirir.

Xatırladaq ki, Qırğızıstan Qazaxıstandakı iğt aşların qarşısının alınması üçün KTMT-nin sülhməramlı kontingentinin tərkibində bu ölkəyə hərbçi göndərməkdən imtina edib.

Hazırda paytaxt Nur-Sultan və Aktau şəhərləri də daxil olmaqla bütün Qazaxıstan ərazisində etirazlar dayanıb. Bütün şəhərlərdə küçələrə təhlükəsizlik qüvvələri nəzarət edir.

Etirazların davam etdiyi yeganə şəhər isə Almatı şəhəridir. Şəhərdə hələ də etiraz aksiyaları və sülhməramlılar tərəfindən "anti-terror əməliyyatları" davam edir.

Etirazçıların 2 xəstəxana və xəstəxanalara gedən küçələri nəzarət altına aldığı bildirilir.


MANŞET XƏBƏRLƏRİ