Toydaca boşandılar- SƏBƏB


İraqın paytaxtı Bağdadda nadir hadisə baş verib. Toy üçün gəlinin musiqi qrupuna təqdim etdiyi siyahıdakı musiqiləri bəyənməyən bəy toyda boşanmaq qərarına gəlib. Bəyin alçaldıcı ifadələrinin olduğu iddia edilən mahnıdan sonra bəylə gəlinin ailəsi arasında dava düşüb.

İraqın paytaxtı Bağdadda toyda musiqi seçimi üstündə ailələr arasında baş verən dava boşanma qərarı ilə nəticələnib.
Türküstan.azxəbər verir ki,yerli mətbuatın məlumatına görə, paytaxt Bağdadda toyda səslənən musiqi bəylə gəlinin ailələri arasında bö
hran yaradıb.

Bəy və ailəsi oxunan mahnıya qəzəblənib

Gəlinin seçdiyi və musiqi qrupuna təqdim etdiyi siyahıda yer alan və bəyi aşağılayacaq sözlərdən ibarət olduğu iddia edilən "Misaytıra" mahnısının səsləndirilməsi bəyi və ailəsini qəzəbləndirib.

TARİXƏ ƏN SÜRƏTLİ BOŞANMA KİMİ KEÇDİ

Etirazlara baxmayaraq, parçadan sonra ailələr arasında çıxan davaya görə cütlük boşanmağa qərar verərək toyu ləğv edib. Cütlüyün toy bitməmiş qərarı yerli mətbuatda "ən sürətli boşanma" kimi yer alıb.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ