Dünya bu qalmaqaldan danışır: Təyyarənin tualetində...


Hava limanının işçiləri təyyarəni gömrük üçün yoxlayarkən şok hadisə yaşayıb. Təyyarənin tualetindəki zibil qutusunda tapılan yeni doğulmuş körpə xəstəxanaya köçürülüb.

Şərqi Afrika ölkəsi Mavrikiydə hava limanının işçiləri təyyarədə gömrük nəzarətindən keçərkən zibil qutusunda qan ləkələri olduğundan şübhələnib və şok hadisə ilə qarşılaşıblar. Yeni doğulmuş körpənin təyyarənin tualetinə buraxılması fərq edildikdən sonra tədbir görülüb. Körpə xəstəxanaya aparılarkən körpənin anasının axtarışına başlanılıb.
QAN İZİNDƏN ŞÜBHƏLƏNDİLƏR

Təyyarə gömrük nəzarətindən keçmək üçün skan edərkən hava limanının əməkdaşları təyyarənin tualetindəki zibil qutusunda yeni doğulmuş oğlan uşağı tapıblar. İşçilər zibil qutusunda qana bulaşmış tualet kağızından şübhələnərək körpəni fərq etdikdən sonra körpə müalicə üçün xəstəxanaya göndərilib.

KÖPRƏNİN ANASI KİMDİR?

Hava limanı polisi sərnişinləri sorğu-sual edərkən körpəni tərk edənin 20 yaşlı Madaqaskarlı qadın olması şübhə doğurub.Körpənin özünün olduğunu inkar edən qadın, doğum etdiyini təsdiqləyən tibbi müayinədən sonra saxlanılıb.. Xəstəxanada nəzarətdə saxlanılan qadının vəziyyətinin yaxşı olduğu bildirilib. Mavrikiyə 2 illik iş icazəsi ilə gələn qadın xəstəxanadan çıxdıqdan sonra yeni doğulmuş körpəsini tərk etdiyi üçün mühakimə olunacaq.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ