Oyuncaq gəlinciyə aşiq olan qocanın sözləri eşidənləri heyrətə salıb


Avstraliyada yaşayan Geoff Gallagher adlı kişi şişmə kukla ilə evlənməyə hazırlaşır. Ömrü boyu əsl sevgi axtardığını dilə gətirən Gallagher, şişmə kuklanın insan dərisi qədər isti olduğunu deyir.

Avstraliyanın Kvinslend əyalətində yaşayan Geoff Gallagher adlı şəxs ikitərəfli münasibətlərdə çətinlik çəkdiyini bildirib. Əsl sevgini tapmaq ümidini itirməsindən danışan Gallagher Emma adlı kukla ilə tanış olanda dərhal Emmaya aşiq olur.

On illər əvvəl valideynlərini itirən Gallagher Emma həyatına gəlməzdən əvvəl iti Penni ilə birlikdə yaşayırdı. Sosial çevrəsinin böyük olmadığını izah edən Gallagher vaxtının çoxunu itinə həsr edir. Amma şişmə kuklaları haqqında oxuduğu bir məqalə onun həyatını bir anda dəyişdi.

Geoff Gallagher şişmə kuklalar haqqında məqaləni oxuduqdan sonra bir internet saytına girib və sifariş vermək üçün qollarını çırmalayıb. Emma üçün 3000 funt sterlinq ödədiyini ifadə edən Gallagher, "Qiymət qətiliklə ucuz deyildi. Amma gəlinciklər çox real idi. Danışa bilir, gülümsəyir, başlarını və boyunlarını hərəkət etdirə bilirdilər" dedi.

"Onların dərisi əsl insan dərisi kimi isinirdi. Veb sayta baxdıqdan sonra Emmanı gördüm və onu istədiyimi anladım. Mən onun solğun dərisi və gözəl mavi gözləri ilə çox gözəl olduğunu düşündüm" dedi.

6 aydır Çindən körpəsinin gəlməsini gözləyən qoca evlilik hazırlıqlarına başlayıb.


MANŞET XƏBƏRLƏRİ