Dəhşətli hadisə: Müsəlman qadınları onlayn satışa çıxardılar


Hindistanda müsəlmanlar son günlər hücumlarla üzləşib. Müsəlman qadınları növbəti dəfə saxta proqramla auksionda "satışa çıxarılıb". GitHub proqram saytındakı "Bulli Bai" tətbiqi yanvarın 1-də yüzdən çox qadının fotoları ilə yayımlanıb. Fotolarından istifadə edilən qadınlar buna reaksiya verib.. Jurnalist İsmət Ara proqramdan foto paylaşaraq "Yeni ilə qorxu və ikrah hissi ilə başlamaq çox kədərlidir" dedi. Polisə şikayət edən Ara şəklinin manipulyasiya edildiyini bildirib.

Digər jurnalist Kurretulayn Rehbar da qurbanlardan biridir. Rehbar həm özünün, həm də digər qadınların şəklini görəndə özünü çox pis hiss etdiyini dilə gətirdi.Məşhur radio aparıcısı Sayema ​​da tətbiqin "Hindistanın problemli ədliyyə sisteminin əksi" olduğunu müdafiə etdi. Sayema ​​qeyd edib ki, ölkə qadınlar üçün getdikcə təhlükəli hala gəlir.

Türküstan.azxəbər verir ki,digər tərəfdən GitHub tətbiqi silərkən, Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Naziri Ashwini Vaishnaw araşdırma başladıldığını açıqladı. Twitter tətbiqə keçidləri paylaşan hesabı da dayandırıb.

İyul ayında oxşar tətbiqdə aralarında jurnalistlər və sənətçilərin də olduğu 80-dən çox qadının fotoları paylaşılmışdı. "Sulli Deals" adlı tətbiq reaksiyadan sonra silinib və polis məsələ ilə bağlı araşdırma başlatıb. Digər tərəfdən, indiyədək həbs olunmayıb.

MƏKTƏBDƏ HİCAB PROBLEMİ

Hindistanın Karnataka əyalətinin Udupi şəhərindəki liseydə hicablı 6 şagirdin dərsə buraxılmadığı bildirilib. Tələbələr direktorun onlara mane olduğunu bildiriblər: Onlar hicab taxmağa başlamazdan əvvəl hər şey qaydasında idi. Amma indi bu cür ayrı-seçkiliyə məruz qalırıq və sinifə girə bilmirik. Qızlar həmçinin urdu, ərəb və pirə (bölgədəki müsəlmanların danışdıqları dil) dillərində danışmağa icazə verilmədiyini iddia ediblər. Direktor Rudra Qovda deyib ki, şagirdlər məktəb binasında hicab taxa bilərlər, lakin buna sinifdə icazə verilmir. Gowad siniflərdə nümunə qaydasını qeyd etdi. Məktəb rəhbərliyi yaxın vaxtlarda valideynlərlə görüşəcəyini açıqlayıb.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ