Bu gün Milli Məclisinin plenar iclasında "Media haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Turkustan.az -ın məlumatına görə,layihəni üçüncü oxunuşda Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc təqdim edib və əvvəlki oxunuşlarda deputatların suallarına yazılı cavab veriləcəyini bildirib.
Z. Oruc bildirib ki, layihə əsla cəzalandırıcı deyil: "Layihə jurnalistikanı gücləndirməyi hədəf seçib".
qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Qanun qüvvəyə mindiyi gündən "Kütləvi informasiya vasitələri haqqında" və "Televiziya və radio yayımı haqqında" qanunlar qüvvədən düşəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (APA)