CİA ilə bağlı qan dondurcu iddia: Yetim uşaqlara qarşı...


Amerika Birləşmiş Ştatlarının (ABŞ) kəşfiyyat təşkilatı CIA-nın Danimarkada apardığı psixoloji təcrübələrdə yetimlərdən istifadə etdiyi ortaya çıxıb. Eksperimental araşdırmalarda uşaqların bədənlərinə elektrokodlar verildiyi müəyyən edilib.

ABŞ-ın xaricdə həyata keçirdiyi mübahisəli təcrübələrə yenisi əlavə edilib. Bu dəfə Danimarkadakı qalmaqalın üstü açılıb.

ZÜLÜM İFŞA EDİLDİ

Uşaqların psixoloji təqiblərini ifşa edən Danimarka Radiosu yayım təşkilatı idi.

Türküstan.azxəbər veriri ki, xəbərə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) yüzlərlə danimarkalı uşaq üzərində təcrübələr aparıb.

Zirzəmi mərtəbəsində YETİM UŞAQLARA QARŞI TƏCRÜBƏ

Zirzəmi mərtəbələrində aparılan təcrübələrdə kimsəsiz uşaqlardan istifadə edildiyi müəyyən edilib. Eksperimentlərin 1947-ci ildə elmi araşdırmalarda riayət olunacaq etik kodların müəyyən edilməsi üçün yaradılmış Nürnberq Prinsiplərini pozduğu qeyd edilib.

311 UŞAQ İSTİFADƏ EDİLİB

"The Search for Myself" sənədli filmində dərc olunan təfərrüatlara görə, bu çərçivədə 311 yetim uşaqdan istifadə edilib. Araşdırmaların 1960-cı illərdə başladığı və təcrübələrin Danimarkanın paytaxtı Kopenhagendəki Bələdiyyə Xəstəxanasının zirzəmisində aparıldığı vurğulanıb.

Uşaqların xəstəxananın yaxınlığında yerləşən uşaq evlərindən toplandığı da qeyd olunub. Rusiyanın Sputnik agentliyinin Danimarka mətbuatına istinadən verdiyi xəbərə görə, eksperimentlərdə istifadə edilən uşaqlardan biri də kinorejissor Per Wennick olduğu bildirilib.

Wennick bildirib ki, təcrübələr çərçivəsində onları stullarda əyləşdirib, əllərinə, ayaqlarına və boyunlarına elektrokodlar veriblər. Sənədli filmə görə, layihənin arxasında amerikalı psixoloq Zarnoff A. Mednik dayanıb. Təcrübələr çərçivəsində şizofreniya ilə ətraf mühit arasındakı əlaqənin araşdırıldığı bildirilib.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ