Dünya bu hadisədən danışır:Qarşısına çıxan uşağı əzərək keçir - VİDEO


İngiltərədə kral qvardiyası yürüş zamanı qarşısına çıxan uşağı yerə salaraq yoluna davam edib. Mühafizəçinin davranışı ölkədə böyük müzakirələrə səbəb olub.

İngiltərədə Kral Qvardiyasının hərəkəti ölkənin gündəmində idi. Adi gəzinti zamanı mühafizəçi uşağı yıxaraq yoluna davam edib.

KAMERALARA DÜŞÜB

Həmin anlar yürüşü izləyən birinin mobil telefon kamerasına düşüb. Sosial şəbəkələrdə sürətlə yayılan görüntü 1 milyon 800 min baxış toplayıb.

REAKSİYA VERİLDİ

Bəzi sosial şəbəkə istifadəçiləri isə mühafizəçinin uşağı yerə salmaması lazım olduğunu əsas gətirərək vəziyyətə reaksiya veriblər. Digərləri isə mühafizəçini müdafiə edərək, onun öz işi ilə məşğul olduğunu bildirib, valideynlərin uşaqlarına baxmalı olduğunu bildiriblər.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ