Fransadan müsəlmanları qəzəbləndirən qərar


Fransanın Beauvais şəhərində Bilal məscidinin 6 ay müddətinə bağlanmasına qərar verilib. Bununla da ölkədə bağlanan məscidlərin sayı 22-yə yüksəlib.

Fransada 21 məscidin bağlanmasından sonra bu gün Oise şəhərində məscidin bağlanması qərara alınıb.

Türküstan.azxəbər verir ki,Fransanın Oise valiliyi, dekabrın 14-də məhkəmə prosesinin başladığı Beauvais şəhərində 400 nəfərlik camaatı olan Bilal məscidinin 6 ay müddətinə bağlandığını açıqlayıb.

"Oise qubernatoru bazar ertəsi Beauvais şəhərindəki məscidin 6 ay müddətinə bağlanması ilə bağlı fərman verib", - qubernatorluğun bəyanatında deyilir. Bu fərman 48 saatdan sonra qüvvəyə minir.

Avqust ayında Fransada qüvvəyə minən qanun müsəlmanları hədəfə aldığı və marginallaşdırdığı səbəbilə beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatları, xüsusilə də Birləşmiş Millətlər tərəfindən tənqid edilib.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ