İnsanlar dünyadan yox olarsa, hansı heyvan hökmran olar? - MARAQLI


İlk dəfədir ki, alimlərı bütün dünyada bir çox insanı maraqlandıran sual haqqında bu qədər aydın danışırlar. Tədqiqatçılar bildiriblər ki, insanlar dünyadan yox olarsa, dünyaya hakim olmağa ən yaxın heyvan növü meymunlardır.

İnsanlar dünyadan yoxa çıxsa, dünyanın necə olacağı çox maraqlıdır. Alimlər yer üzündə insandan sonrakı həyat üçün də araşdırmalar aparırdılar. Ümumiyyətlə, insanlıqdan sonrakı dünyaya meymunların hakim olacağını təxmin edən elm adamları ilk dəfə mövzuya açıq bir ad verdilər.

ƏN YAXIN NAMİZƏD MEYMUNLAR

Türküstan.azxəbər verir ki,Geoloq və məşhur elm yazıçısı Dougal Dixon deyir: "Bu nöqtədə konvergensiya anlayışı çox vacib olacaq". "İnsandan Sonra: Gələcəyin Zoologiyası" kitabının müəllifi Dixon, qohum olmayan növlər və nəsillər arasında müşahidə olunan oxşar bioloji xüsusiyyətlərin formalaşması üçün "konvergent təkamül" anlayışından istifadə edir. Bu formalaşmaya ən yaxın nümunə meymunlardır.

İNSANA "GƏZƏN ÖLÜ" DEYİR

Delfinlər konvergensiyanın ən məşhur nümunələrindən birini təşkil edir. Çünki delfinlər məməli olduqlarına və tamamilə fərqli bir inkişaf prosesi izləmələrinə baxmayaraq, balıqlara bənzər xüsusiyyətlərə malikdirlər. Bu yolla dənizlərə asanlıqla uyğunlaşa bildilər. Bundan əlavə, insanları "gəzən ölülər" adlandıran Dikson dünyanın sonu ilə bağlı ciddi narahatlığını ifadə edir.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ