Qan donduran olay: Anasının cəsədi ilə iki ay yaşadı


Balili bir kişi ölən 96 yaşlı anasının cəsədini buz kublarına bükərək 2 ay evində gizlədib. Həmin şəxsin ölüm yatağında olarkən anasına söz verdiyi üçün belə bir şey etdiyi öyrənilib.

İndoneziyanın Bali adasındakı Buleleng regensiyasında insanı düşündürən hadisə baş verib. Buleleng polis qrupları təxminən 2 ay əvvəl həyatını itirən 96 yaşlı qadının buz küplərinə sarılmış cansız cəsədini evində tapıb.

BUNU ANASINA SÖZ VERDİĞİ ÜÇÜN EDİB

Ölüm yatağında olarkən anasına söz verən uşağın bu səbəbdən dəfn mərasimi təşkil etmədiyi bildirilib. Hadisə ilə bağlı açıqlama verən Seririt Polis İdarəsindən komissar Gede Juli oğlunun anasına verdiyi sözə əməl etdiyini bildirib və "Anası üçün verdiyi bu sözü yerinə yetirmək məcburiyyətində qaldı" deyib.

2 AY CAN BƏDƏNİ İLƏ YAŞAYIB

4 ay anasına tək baxdığı öyrənilən şəxsin buna görə də diri imiş kimi anasını qorumaq vəzifəsini üzərinə götürdüyü və dəfn mərasimindən imtina etdiyi bildirilib. Yerli sakinlər adamın son 2 aydır təcrid olunmuş həyat tərzi keçirdikdən sonra anasının cansız bədəni ilə yaşadığını öyrəniblər. Bunun üzərinə həm ailəsi, həm də qonşuları kişini dəfn etməyə razı salmağa çalışıblar.

DƏFS MƏRASİMİNİ TƏŞKİL ETDİLER

Həftə sonu polis qruplarının hadisəyə müdaxiləsindən sonra 2 ay evdə saxlanılan qadın üçün dəfn mərasimi keçirilib. Səlahiyyətlilər qadının təbii səbəblərdən öldüyünü də açıqlayıb.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ