İldırım vuran adam sağ qalıb –VİDEO

İldırım vuran adam sağ qalıb –VİDEO

İndoneziyada bir şirkətdə mühafizəçi işləyən kişi yağışda çətirlə gedərkən onu ildırım vurub. Həmin şəxsin hadisədən sağ çıxdığı bildirilir.

İndoneziyanın paytaxtı Cakartanın Cilincing bölgəsində bir şirkətdə mühafizəçi işləyən 35 yaşlı Abdul Rosyid şirkətin yükləmə sahəsində çətirlə gedərkən onu ildırım vurub.

Yerə yıxılan və ildırım vurduqdan sonra hərəkətsiz qalan Rosyidin köməyinə ətrafdakı işçilər gəlib. Kocadakı Harbour Xəstəxanasına aparılan Rosyid-in səhhətinin yaxşı olduğu və 4 gündür müalicə aldığı açıqlanıb.

Bildirilib ki, Rosiidin ildırım vurması nəticəsində əlləri yanıb.

Türküstan.az xəbər verir ki ,Cilincing polis rəisi Kompol R Manurung yerli mediaya hadisənin dekabrın 20-də yerli vaxtla saat 18:05-də baş verdiyini təsdiqləyib.

Cilincing Polis Kəşfiyyat Bölməsinin rəisi Slamet Wiyono isə mətbuata açıqlamasında hadisə zamanı Rosyidin əlində radio tutduğunu və buna görə də ildırım vurmuş ola biləcəyini deyib.

Eltac Zülfüqaroğlu/Türküstan.az


MANŞET XƏBƏRLƏRİ