Səmədovun nokaut etdiyi kikboksçu koronadan öldü – VİDEO


Kikboksinq üzrə ağır çəkili üçqat dünya və Avropa çempionu, Belçikanın ən güclü adamı kimi tanınan 40 yaşlı Frederik Sinistra koronavirusdan dünyasını dəyişib.

Turkustan.az xəbər verir ki, dekabrın 4-də koronavirusa yoluxan Sinistra Liej şəhərindəki xəstəxanada ölüb.

Pandemiyanın mövcudluğuna inanmayan belçikalı idmançı peyvənddən də imtina etmişdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ilin mayında azərbaycanlı döyüşçü Zabit Səmədovla qarşılaşmışdı. Qarlışamanın elə ikinci raundunda Səmədov Sinistranı nokauta salmışdı./axar.az/


MANŞET XƏBƏRLƏRİ