Azərbaycan Şimali Kipri tanıya bilərmi? - Tatar


Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması ilə bağlı təmaslar mövcuddur.

Turkustan.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar deyib.

"Bununla bağlı mənim Azərbaycanla əlaqələrim var. Kipr Sülh Hərəkatının ildönümündə Azərbaycandan bir qrup millət vəkili ölkəmizə gəldi. Bizə hər cür yaxınlıq və səmimiyyətlərini ifadə edirlər. Təbii ki, bəzi beynəlxalq problemlər ola bilər. Öz iqtisadi və siyasi münasibətlərinin korlanmaması üçün belə bir mövqedə dayanıblar. Amma bizim könül və qardaşlıq əlaqələrimiz mövcuddur. İnanıram ki, yaxın gələcəkdə qeyd etdiyimiz məsələ ilə bağlı bəzi proseslər olacaq. Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri bilirik. Türkiyə onsuz da bu məsələdə Şimali Kipri dəstəkləyir. Azərbaycanla Türkiyə arasında münasibətlər qardaşlıq fonunda inkişaf edib. Bəli, biz də (Kipr türkləri) Azərbaycanla qardaşıq. Mən həmişə bunu demişəm. Bu qardaşlıq "bir millət, üç dövlət"ə qədər gedən yoldur. Mən bunu həmişə demişəm və cavab gözləyirəm", - Tatar bildirib.


MANŞET XƏBƏRLƏRİ