Ermənistan təmsilçisi Sona Əzizova ilə qucaqlaşmasından danışdı


Fransada keçirilən "Uşaq Avroviziya" mahnı yarışmasının qalibi Ermənistan təmsilçisi Malena Azərbaycan təmsilçisi Sona Əzizovanı qucaqlamasından danışıb.

Turkustan.az xəbər verir ki, Malena erməni mətbuatına açıqlamasında Sona Əzizovaya qarşı düşmən münasibət bəsləmədiyini bildirib:

"Müsabiqədən əvvəl danışmamışıq, amma qalib olanda gəlib məni təbrik etdi və qucaqlaşdıq. Mənim kimi bir qız olduğu üçün ona düşmənçiliyim yoxdur".
Qeyd edək ki, Sona Əzizova müsabiqədə 151 xalla 5-ci yerə layiq görülüb. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ