Bu gün Türkiyədə dollar yenə ucuzlaşdı - SON DURUM


Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə lirəsinə (TL)-yə dəstək bəyanatlarından sonra məzənnə sürətlə aşağı düşüb. Dollar/TL günə 12 lirənin, avro isə 14 lirənin altında başlayıb. Bu saatlarda 11.60- qədər enib.

Turkustan.azxəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı TL-ni təşviq edən yeni tənzimləmələr məzənnələrdə kəskin enişlər gətirib. 18.40-da zirvədə ticarət edilən dollar açıqlamalardan sonra sürətlə ucuzlaşıb. Dolların ucuzlaşması 30 faizi ötüb. Mütəxəssislər hesab edirlər ki, yeni iqtisadiyyat modeli canlanmağa başlayanda bazarda tarazlıq yarana bilər.

Xəzinə və maliyyə naziri Nurəddin Nəbati də ötən gün TL üçün təşviq paketi ilə bağlı açıqlama verib: "Valyutadakı köpüklənmənin getdiyi və real qiymətin formalaşdığı bir nöqtəyə doğru gedirik. Valyuta məzənnəsi yaxşı yerdə sabitləşəcək. Türkiyə tarixi fürsətdən istifadə edəcək".

Digər tərəfdən Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) dünən "Valyuta Qorunan TL Vadeli Depozit" məhsulu üçün ilk dollar məzənnəsini alışlar üçün 12.3480, satışlar üçün isə 12.3702 olaraq açıqlayıb.

Qızıl da düşür

Qızıl dolların kəskin ucuzlaşmasından sonra 40 faiz dəyər itirib. Dollar/TL dünənki əməliyyatlarda 12.79TL-12.07TL arasında dar diapazonda hərəkət edərkən, bazarların bağlanış anında yüzdə 0.90 azalaraq 12.45 səviyyəsində idi. Avro isə günə 14,28 TL səviyyəsində başlayıb və bağlanış anında yüzdə 0,70 ucuzlaşma ilə 14,10 səviyyəsində alınıb. Qızılın qram qiyməti dolların məzənnəsinin aşağı düşməsi səbəbindən itirməyə davam edərkən, gün ərzində ən yüksək 735 TL, ən aşağı isə 693 TL olub. Günün bağlanış saatında qızıl, əvvəlki günün bağlanışına görə yüzdə 0,23 azalaraq 717 TL-dən alıcı tapdı.

Türkiyədə hazırkı valyuta mübadiləsinin durumu ilə bu linkdən tanış ola bilərsiniz: https://uzmanpara.milliyet.com.tr/doviz-kurlari/


MANŞET XƏBƏRLƏRİ