Bakıda PKK simvolu yapışdırılmış maşınlar peyda olub


Jurnalist Aygün Muradxanlı sosail media hesabında hər kəsin marağına səbəb olan paylaşım edib. O, paylaşımında bildirir ki, Bakıda son 1 həftə ərzində 3 dəfə PKK-nın simvolu yapışdırılmış avtomobillə rastlaşıb.

"Orta sinif köhnə maşınlar idi. Biri Badamdarda, biri Cavid prospektində, digəri isə Bayılda rastıma çıxıb. Əgər küçədə gün boyu heç yarım saat olmayan mən, 3 dəfə görmüşəmsə, demək ki, çoxdurlar. Nə məsələdir? DYP bu simvolu tanımalıdır axı",- deyə jurnalist bildirir.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bizimyol.info saytına açıqlama verən zaman bildirib ki, bununla bağlı heç bir informasiya daxil olmayıb.

"Nəqliyyat vasitəsinin üzərində PKK-ya məxsus olan simvol vurulubsa, yəqin ki, aidiyyatı üzrə araşdırma aparılacaq.

Mən bir vətəndaş, sürücü, yol polisi olaraq hesab edirəm ki, belə hallara yol vermək olmaz". (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ