Erməni həyasızlığı: Füzuli aeroportunu kim tikib? - VİDEO


Erməni qadını sosial şəbəkələrdən birində azərbaycanlı xanımla söhbət zamanı Füzuli Beynəlxalq Hava Limanını, o cümlədən 2021-ci ildə çəkilən ən müasir yolları ermənilərin inşa etdiyini həyasızcasına deyib.

Turkustan.az xəbər verir ki, söhbətin videosu bir çox sosial platformada yayılıb və ciddi müzakirələrə səbəb olub.

Bu, heç bir sərhəd tanımayan yalan və həyasızlığın inanılmaz formasıdır.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı torpaqlar işğaldan azad edildikdən sonra birbaşa Prezident İlham Əliyevin iradəsi ilə ən qısa müddətdə - 8 aya tikilərək istifadəyə verilib. Onun açılışında Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Sözügedən videonu təqdim edirik.

(axar.az)


MANŞET XƏBƏRLƏRİ