Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşdü - Foto

Qənirə Paşayeva bir qrup ziyalı ilə görüşdü - Foto

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva bu il şəhid olmasının 30, anadan olmasının 60-cı ildönümü tamam olan Milli Qəhrəman Salatın Əsəgərovanın oğlu Ceyhun Əsgərov, bu il anadan olmasının 100-cü ildönümü tamam olan Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, İspaniyanın Marbella şəhərindəki "Les Roches Global Hospitality Education Universiteti"ni fəqlənmə diplomla bitirmiş Azərbaycanli gənc Nigar Şirinli və onun anası - "Trust Construction" şirkətinin meneceri Ramilə Şirinova, rəssamlar – Samirə Allahverdiyeva, Hüseyn Osmanlı, Qax Dövlət Kukla Teatrının baş rəssamı Mayis Abdullayev, gənc estrada müğənnisi Şıxəli Bağırzadə, "Zadəgan" milli tekstil brendinin yaradıcısı Aygün Əliyeva, ADMİU-nun qazi tələbəsi Elvin Abbasovla görüşüb.

Komitə sədri görüş iştirakçılarına öz sənət, peşə və araşdırma sahələri üzrə fəaliyyətləri ilə milli irsimizin qorunmasına, mədəniyyət və incəsənətimizin inkişafına, eləcə də, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə, gənclərin motivasiyasına şəxsi nümunələrlə töhfə verdiklərini, məsuliyyətli yanaşdıqlarını vurğulayıb, onlara təşəkkür edib.

Görüşdə 2021-ci ilin yekunları, yeni illə bağlı təşəbbüslər, təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar səmimi görüş, yeni təşəbbüslər və ətraflı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.

 


MANŞET XƏBƏRLƏRİ