Qənirə Paşayeva gənc estrada müğənnisi Şıxəli Bağırzadə ilə görüşüb


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva gənc estrada müğənnisi Şıxəli Bağırzadə ilə görüşüb.

Gənc müğənni göz dibi distrafiyasından əziyyət çəkdiyini, buna baxmayaraq, 15 ildir musiqi təhsili aldığını və sənət yolunda davam etmək istəyini, əzmini bildirib:

"7 il musiqi məktəbində, 4 il Asəf Zeynallı adına kollecdə, 4 il Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Hal-hazırda magistraturada oxuyuram. İstəyirəm, konsert proqramı ilə çıxış edib, sənətsevərlərə öz musiqi töhfəmi bəxş edim".

Komitə sədri gənc musiqiçinin qayğıları, planları ilə ətraflı tanış olub, ona uğurlar diləyib: "Sizin kimi istedadlı, əzmkar gənclər həmyaşıdlarınıza bir nümunədir. Əzm, iradə uğurların açarıdır. Dövlətimizin gənclər, mədəniyyət və sosial siyasəti sizlərin uğurlarınıza bir zəmanətdir".


MANŞET XƏBƏRLƏRİ