İlham Əliyev artıq Brüsseldədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Turkustan.az xəbər verir ki, Avropada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar. Onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar.


MANŞET XƏBƏRLƏRİ